İdman
Rusların barbarlığı və onlara verilən “dərs”
Rusiya çempionatının 10-cu turunda keçirilən "Spartak" - "Zenit" oyununda (2:2) yenə də insident yaşanıb.
Publika.az xəbər verir ki, azarkeşlər irqçi hərəkətlə yadda qalıblar. Bu dəfə rasizmin qurbanı "Zenit"in futbolçusu Halk olub. Halk əvəzlənərkən, azarkeşlər onu irqçi təhqirə məruz qoyublar. Futbolçu bu barbarlığa sərt reaksiya verməyib. O, bu təhqirə, sadəcə, tribunalara öpüş jesti göndərməklə reaksiya verib. Halk oyundan sonra baş verənlərə belə münasibət bildirib:
"Çox təəssüf ki, tribunalarda rasizm davam edir. Bu məsələni qabartmaq istəmirəm, çünki indiyə qədər bununla bağlı çox danışımışam. Belə təhqirlərə öpüşlə və meydandakı oyunumla cavab vermək istəyirəm. Bu cür hərəkətlər hətta müzakirə olunmağa belə layiq deyil".
Rusiya stadionlarında baş verən rasizm hərəkətləri FİFA-nın da diqqətindədir. FİFA 2018-ci ildə bu ölkədə keçiriləcək dünya çempionatı zamanı belə hərəkətlərin olacağından narahatdır. Ali futbol qurumu Rusiyaya bu məsələ ilə bağlı mübarizə aparmağı tövsiyə edib. Görünür, mübarizənin effekti yoxdur, ruslar barbarlıqlarından qalmırlar.
-
Nida Xəbər 17:05
Azərbaycanda vəzifəli şəxslər cinayət başında belə yaxalandılar - VİDEO
-
Sosial16:38
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ
-
Cənubi Qafqaz16:21
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
-
Sosial15:46
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
-
Rəsmi xronika15:15
Prezident bu qanuna dəyişiklik etdi
-
Hadisə15:00
Kəlbəcərdə dəhşətli hadisə: ölən var
-
Pul14:40
Bu qərar mayın 2-dən qüvvəyə minir: Kredit faizləri azalacaq?
-
ABŞ14:05
ABŞ-dan gözlənilməz açıqlama: Rusiya ilə müharibə...