İdman
İslahatlar bəhrə verir - Cüdoçuların reytinqi yüksəldi
Beynəlxalq Cüdo Federasiyası (İJF) idmançıların növbəti reytinq cədvəlini açıqlayıb. Deyə bilərik ki, yeni siyahıda Azərbaycan uğurlu mövqedə dayanıb.
Publika.az xəbər verir ki, bunun da səbəbi cüdoçularımızın Fransanın paytaxtı Parisdə keçirilən “Böyük dəbilqə” turnirində göstərdiyi nəticələr olub.
Ötən ayla müqayisədə cüdoçularımızdan cəmi 1-i geriləyib, 4 idmançımız siyahıda irəliləyib, 3-ü isə öz yerini qoruyub.
“Böyük Dəbilqə” turnirində gümüş medal qazanmış Rüstəm Orucov (73 kq) yenə bütün rəqiblərindən öndədir. O, aktivinə daha 300 xal yazdırıb. Beləliklə, xalını 2207-ə çatdırıb. Elmar Qasımov da 100 kq çəki dərəcəsində yenə birincidir. “Böyük Dəbilqə”də 5-ci olmaqla 100 xal qazanan cüdoçumuz mövqeyini daha da möhkəmlədib. Onun aktivində 2330 xal var.
Orxan Səfərov (60 kq) 2-ci, Elxan Məmmədov (100 kq) 22-ci pillədəki yerini qoruyub. Həmçinin İlqar Müşkiyev (60 kq), Nicat Şıxəlizadə (66 kq), Tərlan Kərimov (66 kq) və yarışa qatılmayan Kifayət Qasımova (57 kq) isə irəliləyib. Onlar müvafiq olaraq, 24-cü (+1), 7-ci (+1), 33-cü (+2) və 60-cı (+1) pillədə qərarlaşıblar.
Yeganə legionerimiz Uşqanqi Kokauri (+100) isə təəssüf ki, geriləyib. O, 39-cu yerdən 40-a düşüb.
Qeyd edək ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir. Peter Zayzenbaherin gəlişindən sonra özünə inamı qaytaran millinin daha da uğulu çıxış edəcəyinə ümid edilir.
-
Region17:10
Ermənistanda 2 nəfər öldü, 300 nəfər təxliyə edildi - Paşinyan fəlakət bölgəsinə getdi - YENİLƏNDİ
-
Hadisə16:27
Kür çayı məcradan çıxıb - FHN məlumat yaydı
-
Qoroskop13:20
Bu gündən bütün bürclərin taleyi dəyişir: 2025-ci ilin iyununa qədər bunlar BAŞ VERƏCƏK
-
Hadisə12:50
Qazaxda iki çay daşdı, bəzi əraziləri su basdı
-
Ekologiya11:50
Bakıda tozlu hava şəraiti nə qədər davam edəcək?
-
Hadisə10:30
Bakıda binada yanğın: sakinlər təxliyə edildi
-
Nida Xəbər 10:24
Ermənistan ordusu Qazaxla sərhəddən çəkilmir? – Bəyanat yaydılar
-
Sosial10:08
Qurban bayramında neçə gün qeyri-iş günü olacaq?