Münhendə ingilislərə “torba tikiləcək”?
Bizi izləyin

İdman

Münhendə ingilislərə “torba tikiləcək”?

Bu gün futbol üzrə Çempionlar Liqasında 5-ci turun oyunları keçiriləcək. İlk oyun günündə 4 qrupda 8 qarşılaşma oynanılacaq.

Publika.az xəbər verir ki, günün ən maraqlı oyunları Barselona və Münhendə baş tutacaq. İlk oyunda Romada büdrəyən “Barselona” evdə qələbə və ya heç-heçə təqdirində adını pley-offa yazdıracaq. “Barselona” – “Roma” matçını türkiyəli referi Cüneyt Çakır idarə edəcək.

F qrupunda bir-biri ilə üz-üzə gələcək "Bavariya" ilə "Olimpiakos"u heç-heçə də qane edəcək. Bu halda hər iki komanda 1/8 finala yüksələcək və İngiltərə "Arsenal"ı ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası arasındakı görüş yalnız Avroliqaya vəsiqə baxımından önəmli olacaq.

G qrupunda da hələ heç bir komanda növbəti mərhələyə vəsiqəni təmin etməyib. Qrup lideri "Portu" Portuqaliyada Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə heç-heçə etsə, növbəti mərhələyə vəsiqəni təmin edəcək. Bu halda İngiltərə Premyer Liqasında işləri heç də yaxşı getməyən "Çelsi" İsrailin Hayfa şəhərində heç bir xalı olmayan "Makkabi"ni yenərək, daha bir vəsiqəyə sahib ola bilər.

H qrupunda isə Rusiya "Zenit"i artıq bu vəzifənin öhdəsindən gəlib. İspaniya "Valensiya"sı Sankt-Peterburqda qələbə qazana bilsə, digər vəsiqənin sahibinə çevriləcək. Bu halda, Fransada "Lion"la Belçika Gent"i arasındakı matç mübarizəni Avroliqada davam etdirmə baxımından əhəmiyyətli olacaq.

Çempionlar Liqası. Qrup mərhələsi, 5-ci tur

24 noyabr

E qrupu

21:00 BATE (Belarus) - Bayer (Almaniya)

23:45 Barselona (İspaniya) - Roma (İtaliya)

Barselona – 10, Roma – 5, Bayer – 4, BATE – 3.

F qrupu

23:45 Arsenal (İngiltərə) – Dinamo Z (Xorvatiya)

23:45 Bavariya (Almaniya) - Olimpiakos (Yunanıstan)

Bavariya, Olimpiakos – 9, Arsenal – 3, Dinamo Z – 3.

G qrupu

23:45 Portu (Portuqaliya) – Dinamo K (Ukrayna)

23:45 Makkabi T-Ə (İsrail) - Çelsi (İngiltərə)

Portu – 10, Çelsi – 7, Dinamo K – 5, Makkabi T-Ə – 0.

H qrupu

21:00 Zenit (Rusiya) - Valensiya (İspaniya)

23:45 Lion (Fransa) - Gent (Belçika)

Zenit – 12, Valensiya – 6, Gent – 4, Lion – 1.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm