“Neftçi”nin futbolçusuna Sloveniyadan təklif
Bizi izləyin

İdman

“Neftçi”nin futbolçusuna Sloveniyadan təklif

Bir müddət öncə ölkə mətbuatında Sloveniyanın "Domjale" klubunun "Neftçi"nin gənc yarımmüdafiəçisi Samir Məsimovun xidmətində maraqlı olması barədə xəbərlər yayılmışdı.

Publika.az xəbər verir ki, artıq Sloveniya klubu "Ağ-qaralar"a rəsmi təklif də göndərib. Belə ki, Məsimov şəxsi "facebook" hesabında "Domjale"nin idman direktoru Matey Orajemin adından Bakı klubuna ünvanlanan sənədin surətini paylaşıb. O, fotonu "bax bu da, rəsmi təklif" başlığıyla paylaşıb.

Maraqlıdır ki, sloveniyalılar kluba ünvanladığı sənəddə səhvə yol verib. Belə ki, "Domjale" rəsmiləri Məsimovun soyadını səhvən Nasimov kimi qeyd ediblər.

Samir 2014-cü ildən "Neftçi"nin şərəfini qoruyur. O, Moskva "Lokomotiv"inin yetirməsidir.

"Domjale" hazırda davam edən Sloveniya çempionatında 3-cü pillədə qərarlaşıb. "Sarı-göylər" 1-ci pillədəki "Olimpiya"dan 8 xal geri qalır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm