İdman
U-17 Avropa çempionatının qalibi müəyyənləşib
Bu gün Bakıda keçirilən 17 yaşlılardan ibarət komandalar arasında Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, finalda Portuqaliya ilə İspaniya qarşılaşıblar.
Piriney yarımadasını təmsil edən iki ölkənin yığmaları arasındakı həlledici qarşılaşma 8-ci kilomter qəsəbə stadionunda keçirilib.
Gərgin mübarizə şəraitində keçən oyunun ilk hissəsində tərəflər hərəyə bir dəfə fərqləniblər. İkinci hissədə isə qapılara qol vurulmayıb. Belə olan halda isə qalibi müəyyənləşdirmək üçün birbaşa penalti zərbələrinə keçilib.
Komandalar ilk 4 zərbəni dəqiq yerinə yetiriblər. Portuqaliyadan Fernandes 5-ci qolu vursa da, İspaniya millisinin kapitanı Morlanesin zərbəsi dirəyə tuş gəlib.
Beləliklə, Bakıda keçirilən qitə birinciliyinin qalibi Portuqaliya millisi olub.
17 yaşlılar arasında Avropa çempionatı
Final
21 may
Portuqaliya - İspaniya - 1:1 (penaltilər: 5:4)
Qollar: Dalot, 27 - Diaz, 32
Baş hakim: Petr Ardeleanu (Çexiya)
Baş hakimin köməkçiləri: Balaş Buzas (Macarıstan), Ceyhun Səsigözəl (Türkiyə)
Dördüncü hakim: Qunnar Yarl Yonsson (İslandiya)
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)
UEFA nümayəndəsi: Ludoviko Mikallef (Malta)
8-ci km qəsəbə stadionu
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin16 May 20:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO