İdman
AÇ-2016: İspaniya, Portuqaliya və Uelsin də yekun heyəti açıqlandı
Fransada düzənlənəcək Avropa çempionatının startına 1 həftə qalıb. Artıq iştirakçı ölkələr tədricən heyətləri komplektləşdirir. Bu gün sonuncu qitə çempionu İspaniya, Ronaldolu Portuqaliya və turnirin debütantı Uels milliləri də yekun heyəti açıqlayıb.
Publika.az xəbər verir ki, İspaniya yığmasının baş məşqçisi Visente Del Boske “Real” və “Atletiko” klublarının məşhur futbolçularını siyahıya daxil etməyib. O, İskonun və Saul Niqesin xidmətinə ehtiyac duymayıb.
Dieqo Kosta (Çelsi) və Çempionlar Liqasının finalında oynayan Fernando Torresin (Atletiko) Fransaya aparılmayacağı əvvəlcədən məlum idi.
Uels azarkeşləri isə dərindən nəfəs ala bilər. Çempionlar Liqasının final oyunundan sonra zədələndiyi deyilən Qaret Beyl iştirak ərizəsində öz yerini tutub.
Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş da qitə birinciliyinə aparacağı 23 futbolçunu müəyyənləşdirib.
İspaniya millisi (yekun heyət)
Qapıçılar: İker Kasilyas (Portu, Portuqaliya), David de Xea (Mançester Yunayted, İngiltərə), Serxio Riko (Sevilya);
Müdafiəçilər: Serxio Ramos (Real), Jerar Pike, Jordi Alba, Mark Bartra (hamısı - Barselona), Sezar Aspilikueta (Çelsi, İngiltərə), Mikel san Xose (Atletik), Hektor Belyerin (Arsenal, İngiltərə), Xuanfran (Atletiko);
Yarımmüdafiəçilər: Bruno Soriano (Vilyareal), Serxio Buskets, Andres İnyesta (hər ikisi - Barselona), Koke (Atletiko), Tyaqo Alkantara (Bavariya, Almaniya), Pedro Rodriqes, Sesk Fabreqas (hər ikisi – Çelsi, İngiltərə), David Silva (Mançester Siti, İngiltərə), Lukas Vaskes (Real);
Hücumçular: Arits Aduris (Atletik), Nolito (Selta), Alvaro Morata (Yuventus, İtaliya).
Uels millisi (yekun heyət)
Qapıçılar: Ueyn Xennesi (Kristal Pelas, İngiltərə), Danni Uord (Liverpul, İngiltərə), Oueyn Fon Uilyams (İnverness, Şotlandiya);
Müdafiəçilər: Kris Qanter (Redinq, İngiltərə), Ceyms Çester (Vest Bromviç, İngiltərə), Eşli Uilyams (Suonsi), Ben Devis (Tottenhem, İngiltərə), Nil Teylor (Suonsi), Ceyms Kollinz (Vest Hem, İngiltərə), Caz Riçards (Suonsi);
Yarımmüdafiəçilər: Co Allen (Liverpul, İngiltərə), Co Ledli (Kristal Pelas, İngiltərə), Aaron Remsi (Arsenal, İngiltərə), Endi Kinq (Lester, İngiltərə), Devid Edvards (Vulverhempton, İngiltərə), Conatan Uilyams (Milton Kins Dons, İngiltərə), Devid Von (Nottinqem Forest, İngiltərə), Corc Uilyams (Gillinqem, İngiltərə);
Hücumçular: Qaret Beyl (Real, İspaniya), Hel Robson-Kanu (Redinq, İngiltərə), Sem Vouks (Bernli, İngiltərə), Saymon Çerç (Milton Kins Dons, İngiltərə), Devid Kotterill (Birmingem, İngiltərə).
Portuqaliya millisi (yekun heyət)
Qapıçılar: Antoni Lopeş (Lion, Fransa), Eduardu (Dinamo Z, Xorvatiya), Ruy Patrisiu (Sportinq);
Müdafiəçilər: Brunu Alveş (Fənərbağça, Türkiyə), Sedrik Soareş, Joze Fonte (hər ikisi – Sautqempton, İngiltərə), Elizeu (Benika), Pepe (Real, İspaniya), Rafael Qerreyru (Loryan, Fransa), Rikardu Karvalyo (Monako, Fransa), Vieyrinya (Volfsburq, Almaniya).
Yarımmüdafiəçilər: Adrien Silva, Joau Mariu, Vilyam Karvalyo (Sportinq), Andre Qomeş (Valensiya, İspaniya), Danilu Pereyra (Portu, Portuqaliya), Renatu Sançeş (Benfika), Joau Moutinyo (Monako, Fransa);
Hücumçular: Kriştianu Ronaldo (Real, İspaniya), Eder Masedu (Lill, Fransa), Nani (Fənərbağça, Türkiyə), Rafa Silva (Braqa), Rikardu Kuarejma (Beşiktaş, Türkiyə).
-
Nida Xəbər 10:30Zakir Həsənov Hərbi Polisin ön əməliyyat bazasında - VİDEO/FOTO
-
Hadisə09:48İş adamının nəvəsi qonşusunu güllələdi
-
Nida Xəbər 09:06Ramiz Mehdiyevin məhkəməsi başlayır
-
Nəqliyyat08:36Paytaxta giriş-çıxış müşkülə çevrildi - SİYAHI
-
Hadisə08:12Bakıda 10 otaqlı yaşayış evində yanğın baş verdi - VİDEO
-
Dünya08:00Yer kürəsinin forması tədricən dəyişir
-
İKT07:47“Yandeks” böyük “suveren” süni intellekt hazırladı
-
Ekologiya07:17Bakıda yağış yağacaq - HAVA PROQNOZU













.jpg)




















.jpg)

