Nazir danışdı: Hazırlıq işləri yekunlaşır
Bizi izləyin

İdman

Nazir danışdı: Hazırlıq işləri yekunlaşır

Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışına hazırlıq işləri plana uyğun gedir. Yarış iştirakçılarını və rəsmi qonaqları qarşılamaq üçün lazımi tədbirlər görülür.

Bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdirilib, elektron viza prosesi həyata keçirilir: “Çalışırıq ki, Azərbaycana gələcək 3 minə yaxın qonağı və idmançını Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yüksək səviyyədə qarşılayaraq otellərdə yerləşdirə bilək. Qonaqlar üçün otellər tam hazır vəziyyətə gətirilib. Eləcə də, iyunun 17-dən 19-dək “Formula-1” yarışlarının keçiriləcəyi Bakı şəhər halqası da hazırdır. Bu gün şəhərdə avtomobillərin hərəkətinin dayanmaması üçün Bakı şəhər halqasını bağlamırıq. Yarışla bağlı iyunun 16-da həmin yollar bağlanacaq. Ümumiyyətlə, Bakı şəhər halqası boyunca hazırlıq işləri yekunlaşmaq üzrədir. İşlər beynəlxalq standartlar səviyyəsində görülüb. Ümid edirəm ki, 3 gün ərzində bu idman yarışı yüksək səviyyədə keçiriləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm