Şeyxin qudasının ailəsi Formula 1-i canlı izləyəcək
Bizi izləyin

İdman

Şeyxin qudasının ailəsi Formula 1-i canlı izləyəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası, sabiq millət vəkili Hacı Qalib Salahzadə iyunun 17-19-u tarixlərində Bakıda keçiriləcək Formula 1 Avropa Qran Prisinin əhəmiyyətindən danışıb.

Sabiq deputat Publika.az-a açıqlamasında deyib ki, bu idman yarışı Azərbaycanın dünyada tanınmasında mühüm rol oynayır:

“Ümumiyyətlə, Formula 1 dünyada çox populyar və bahalı idman növüdür. Əminəm ki, bu yarışı izləmək üçün Azərbaycana xeyli turist gələcək”.

Q.Salahzadə deyib ki, Formula 1 Avropa Qran Prisini yaxından izləmək üçün ailə üzvləri də biletlər alıblar:

“Mənim artıq o yaşım deyil ki, gedib izləyim. Ancaq oğlanlarım və nəvələrim gedib baxacaqlar. Bilet də alıblar. Hər kəs öz dostları ilə gedib yarışı izləyəcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm