İdman
Formula-1-in könüllüləri üçün təşəkkür gecəsi keçirilib
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Bakı Kristal Zalında Formula 1 Avropa Qran prisinin könüllüləri üçün gecə proqramı təşkil edib.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, yarışın təşkilatçılığında könüllülərin gördüyü əvəzolunmaz işi yüksək qiymətləndirmək və onlara əyani təşəkkür etmək məqsədilə keçirilən gecədə incəsənət adamları ilə yanaşı bir sıra dövlət rəsmiləri də iştirak ediblər.
Tədbirə qatılan Avropa Qran Prisinin könüllülərinin ulduz elçisi Tünzalə Ağayeva, könüllülər himninin bəstəkarı və ifaçısı Tofiq Hacıyev, məşhur müğənnilərdən Dilarə Kazımova, Çingiz Mustafayev və Səs Azərbaycan layihəsinin aparıcı iştirakçıları ilə yanaşı tanınmış DJ-lər öz populyar əsərlərini ifa edərək iştirakçılara xoş anlar yaşadıblar.
Tədbirin fəxri qonaqları qismində iştirak edən gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin insan resursları şöbəsinin rəhbəri Elvin Paşayev, bu qurumun əməkdaşlarından Cahangir Hacıyev və Əsli İbrahimova, Avropa Qran prisinin elçisi Rəhim Əliyev könüllülərin fəaliyyətini yüksək qiymətləndirərək onlara öz minnətdarlıqlarını bildiriblər.
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Avropa bankının pulunu mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı