İdman
Avrokubokda “Neftçi”yə tanış hakim düşdü
Bu həftə Çempionlar Liqası və Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.
Publika.az xəbər verir ki, klublarımızın oyunlarına təyinat alan hakimlərin adları da açıqlanıb.
İyulun 20-də iki klubumuz meydana çıxacaq. “Qarabağ” Çempionlar Liqasında “Düdelanj”ın qonağı olacaq. Lüksemburqun "Jos Nosbaum" stadionunda keçiriləcək cavab görüşündə şotlandiyalı Kevin Klansi fit çalacaq. Ona həmyerliləri Stevenson Styuart və Karr Sin kömək edəcəklər.
İlk oyunda Ağdam klubu inamlı qələbə qazanıb – 2:0. "Düdelanj" - "Qarabağ" matçı iyulun 20-də Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Eyni vaxtda Bakıda “Kəpəz” Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Avstriya "Admira"sını qəbul edəcək. "Dalğa Arena"da baş tutacaq qarşılaşmanı Rusiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Vitali Meşkov, onun köməkçiləri isə Valeri Dançenko və Maksim Qavrilin olacaq.
Xatırladaq ki, komandalar arasında Avstriyada keçirilmiş ilk görüşdə "Admira" 1:0 hesablı qələbə qazanıb.
İyulun 21-də daha iki klubumuzun avrokuboklarda yoluna davam edib-etməməsinə aydınlıq gələcək. Hər iki oyun Avropa Liqasında olacaq.
“Bakcell Arena”da baş tutacaq “Qəbələ” – MTK (Macarıstan) qarşılaşması
türkiyəli FİFA referisi Mete Kalkavana həvalə olunub. Onun köməkçiləri həmyerliləri Ceyun Sesigözəl və Esat Sancaktar olacaq.
Xatırladaq ki, "Qəbələ" səfərdə keçirdiyi ilk oyunda rəqibini məğlub edib - 2:1.
Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Makedoniyada keçiriləcək "Şkendiya" - "Neftçi" görüşündə isə belçikalı hakimlər briqadası ədaləti təmsil edəcəklər. Baş hakim Erik Lambrextə Karel de Roker və Jo de Veyrdt yardım edəcək. Dördüncü hakim isə Frederik Geldhofdur.
Lambrext bizə tanış hakimdir. O, ötən il noyabrın 25-də Dortmundda "Borussiya" - "Qəbələ" matçında baş hakim Sebastyan Delferienin köməkçilərindən biri olub. Həmin görüşdə təmsilçimiz 0:4 hesabı ilə uduzmuşdu.
Xatırladaq ki, "Neftçi" və "Şkendiya" arasında Bakıda keçirilmiş ilk oyunda hesab açılmamışdı.
Pərviz Hikmət
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sizin üçün maraqlı qapı açıla bilər
-
Elm və təhsil00:15UNEC-in tələbəsi dünyasını dəyişdi
-
Sağlamlıq00:00Mükəmməl yuxunun sirri görün necə tapılıb
-
Hadisə12 İyul 22:24Kəlbəcərdə 11 yaşlı uşaq çaya düşdü - VİDEO
-
Hadisə12 İyul 21:48Ötən gün çimərlikdə boğulan Rəşadın FOTOSU
-
Yaxın Şərq12 İyul 21:00ABŞ-ın Küveytdəki hərbi bazaları vuruldu - VİDEO
-
Magazin112 İyul 20:00Günel Azərbaycana köçməsindən danışdı - VİDEO
-
Sosial12 İyul 18:36Nazirin yeni rütbədə İLK FOTOSU





































