Paralimpiyaçımızdan ilk qızıl
Bizi izləyin

İdman

Paralimpiyaçımızdan ilk qızıl

Cüdoçumuz Ramil Qasımov “Rio-2016” XV Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

İlk mərhələdən azad olan cüdoçumuz dörddəbir finalda Kuba təmsilçisi Gerardo Rodriqezi məğlub edərək yarımfinala yüksəlib. Almaniya təmsilçisi Nikolay Kornhassa qalib gələn cüdoçumuz finala yüksəlib və qızıl medal uğrunda görüşdə Ramil Qasımovun rəqibi Dmitri Solovey (Ukrayna) olub. Rəqibini məğlub edən Ramil Qasımov XV Yay Paralimpiya Oyunlarının qızıl medalına sahib olub.

Qeyd edək ki, Rio Paralimpiadasının ilk günündə 66 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Bayram Mustafayev gümüş medal qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm