İspaniya Kuboku: "Barselona" "Atletiko"nu məğlub etdi - - VİDEO
Bizi izləyin

İdman

İspaniya Kuboku: "Barselona" "Atletiko"nu məğlub etdi - - VİDEO

Cavab qarşılaşması fevralın 7-də Barselonada keçiriləcək.

"Barselona" futbol üzrə İspaniya Kubokunun 1/2 final mərhələsinin ilk oyununda "Atletiko" (Madrid) üzərində 2:1 hesabı ilə qələbə qazanıb.

Publika.az xəbər verir ki, görüş Madrid şəhərinin "Visente Kalderon" stadionunda baş tutub.

Kataloniya klubunun heyətində qolları Luis Suares (7-ci dəqiqə) və Lionel Messi (33) vurub. Ev sahiblərindən Antuan Qrizmann (59) fərqlənib.

Cavab qarşılaşması fevralın 7-də Barselonada keçiriləcək. Digər yarımfinal oyununda "Alaves" və "Selta" qarşılaşacaq. İlk oyun cümə axşamı Viqo şəhərində keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm