Ramil Quliyev Berlində ikinci oldu
Bizi izləyin

İdman

Ramil Quliyev Berlində ikinci oldu

Türkiyə atletika tarixinin ilk dünya çempionu olan azərbaycanlı Ramil Quliyev Berlində keçirilən ISTAF oyunlarında gümüş medal qazanıb.

Publika.az "Anadolu"ya istinadən xəbər verir ki, yüngül atlet kişilər arasında 100 metr məsafəyə qaçış üzrə yarışı 10.09 saniyəlik nəticə ilə ikinci sırada tamamlayıb.

Yarışmanı yamaykalı Julian Forte (9.91) qazanıb. Böyük britaniyalı Adam Gemili isə 10.10 saniyəlik nəticə ilə 3-cü olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm