İdman
"Qarabağ"ın oyununa bilet alanlara güzəşt
Bakı Olimpiya Stadionunda senytabrın 27-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin “Qarabağ” – “Roma” və oktyabrın 5-də dünya çempionatının seçmə qrup mərhələsinin Azərbaycan – Çexiya oyunu keçiriləcəyini nəzərə alaraq, AFFA və “Qarabağ” Futbol Klubu birgə layihə həyata keçirəcək.
Publika.az xəbər verir ki, layihəyə əsasən, “Qarabağ”ın Çempionlar Liqası çərçivəsində ilk və milli komandanın cari seçmə mərhələdə son ev oyunu olduğundan, azarkeşlərin yüksək dəstəyinə hörmət əlaməti olaraq onlar üçün güzəştlər tətbiq ediləcək. Belə ki, “Qarabağ”ın oyununa bilet alan azarkeşlər millinin Çexiya ilə qarşılaşması üçün bileti eyni sektordan olan yerə real qiymətindən 50 faiz ucuz əldə edə biləcəklər. Bunun üçün azarkeşlər millinin oyunu üçün bilet alarkən “Qarabağ” – “Roma” oyununun biletini kassalara təqdim etməlidir.
Qeyd edək ki, hər iki oyuna bilet satışı “iTicket” şirkəti tərəfindən həyata keçirilir.
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO