İdman
Dopinqdən istifadə edən idmançılarla bağlı SON QƏRAR VERİLDİ
Beynəlxalq Olimpiya Komitəsi tərəfindən dopinqdən istifadə ittihamı ilə 28 idmançıya verilən cəza geri götürülüb.
Publika.az xəbər verir ki, Beynəxalq İdman Arbitraj Məhkəməsi idmançıların şikayətlərinə əsasən istintaq işlərinə baxıb və kifayət qədər dəlil olmadığı üçün verilən cəza aradan qaldırılıb.
Qərar sayəsində artıq 28 rus idmançı olimpiya oyunlarında iştirak edə biləcək.
Daha 11 idmançının şikayəti qismən təmin edilib. Belə ki, bu 11 idmançı meydanlara geri qayıdacaq, ancaq sadəcə 2018-ci il Qış Olimpiadalarına qatıla bilməyəcəklər.
Kremlin sözçüsü Dmitri Peskov bundan sonra Moskvanın idmançıları qorumaq üçün əllərindən gələni edəcəklərini bildirib.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi 5 dekabrda dopinq proqramından istifadəyə görə Rusiya milli komandasını Qış Olimpiadasından uzaqlaşdırmışdı. Bu qərar 40-dan çox idmançını əhatə etmişdi.
Rusiya prezidenti Vladimir Putin isə dünən cəza alan idmançılarla görüş keçirərək onlardan üzr istəmişdi.
Zümrüd
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi







.jpg)































