İdman
Bütün əngəllərə rəğmən Rusiya ABŞ-ı GERİDƏ QOYDU
2018-ci il Pxençan Qış Olimpiya Oyunlarına müstəqil şəkildə qatılmağa məcbur olan rusiyalı idmançılar yarışların 3-cü günündə də medal əldə edib.
Publika.az xəbər verir ki, fiqurlu kankisürmə kateqoriyasında komanda 66 xalla gümüş medala sahib olub.
Mixail Kolyada, Yevgeniya Medvedeva və Alina Zaqitovanın tək, Yevgeniya Tarasova - Vladimir Morozov, Natalya Zabiyako - Aleksandr Enbert, Yekaterina Bobrova - Dmitriy Bobrovanın cüt şəkildə çıxış etdiyi komanda ABŞ-ın milli komandasını 4 xalla qabaqlayıb. Rusiyalılar sadəcə Kanada milli komandasından (73 xal) geridə qalıblar.
Qeyd edək ki, 18 yaşlı fiqurlu kanki ustası Yevgeniya Medvedeva dünən ilk dəfə qatıldığı qısa proqramda 81.06 xal toplayaraq rekord qırmışdı. Onun rekordu sayəsində Rusiya komandası 31 xalla Kanadadan sonra ikinci sırada qərarlaşmışdı.
Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsi (IOC) Rusiya milli komandasını dopinqdən istifadə ittihamları ilə olimpiadadan uzaqlaşdırmış, daha sonra idmançıların müstəqil şəkildə qatılmalarına icazə vermişdi. Bu şərtlə Qış Olimpiya Oyunlarına yalnız 169 rus idmançı qatıla bilib.
Zümrüd
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi







.jpg)































