İdman
Baş məşqçidən ŞOK ETİRAF: "Yatağıma girəndə onları düşünürəm"
İtaliyanın “Milan” futbol klubunun baş məşqçisi Qenarre Qatusso Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibləri “Arsenal”la oyun öncəsi açıqlama verib.
Publika.az xəbər verir ki, baş məşqçi narahatlıq verən tək şeyin qol buraxmaq olduğunu deyib.
İtaliya kubokunda finala yüksələrək diqqətləri üzərinə çəkən və liqada uğurlar qazanan Qatusso “Arsenal”ın baş məşqçisi Arsen Venger haqqında fikirlərini bölüşüb. O, özünü A.Vengerlə müqayisə etmədiyini deyib:
“Bu işə yeni başlamışam. Venger isə 30 ildir, bu işin içindədir. 22 ildir, eyni komanda ilə işləyir. Karyerası ərzində çox şey əldə edib. Venger ilə müqayisə ediləndə mən hələ uşaq komandası hazırlaşdırdığımı düşünürəm”.
Baş məşqçi axşamkı oyun haqqında bunları deyib:
“Məni narahat edən tək şey qol buraxmaqdır. Yatağıma girəndə də Mesut Özil ("Arsenal"ın futbolçusu -red.) ilə Vengeri düşünürəm. Futbolçu olduğum illərimi düşünmürəm. Onlar geridə qaldı”.
Zümrüd
-
Magazin119:2015 min manat qalmaqalı: Alim Qasımovdan Pünhan Piriyevin iddiasına reaksiya
-
Rəsmi xronika19:10İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika16:22Prezidentdən övladlığa götürülmə ilə bağlı fərman
-
Magazin115:36Aygün o sözü ilə üzünə deyib ki, səni saymır, tanımır...
-
Köşə14:00Baş deşən üzükdən vəcdə gətirən tarix dərsinədək - Mənim məktəbim
-
Cənubi Qafqaz13:54Paşinyan Azərbaycan əsgərinə görə Sanamyanı qovdu
-
Rəsmi xronika12:38İlham Əliyev Malayziyanın səfirini qəbul etdi
-
MDB12:12Ukraynada qadın hərbçilərlə bağlı şok rəqəm: 1500-dən çox müraciət



















.jpg)















.jpg)
