İdman
Rəsul Çunayev ermənini 87 saniyəyə məğlub etdi - - VİDEO
Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə 56-cı “Dan Kolov – Nikola Petrov” beynəlxalq turniri keçirilir.
Publika.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (72 kq) və qadın güləşçilərimizdən Elis Manolova (65 kq) mübarizə aparıb. Güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıb.
Mübarizəyə 1/8 finaldan başlayan Rəsul Çunayev ilk olaraq Polşa (74 saniyəyə 5:0), ardınca Rumıniya idmançısını vaxtından əvvəl (9:0) təmiz qələbə ilə məğlub edib. Yarımfinalda Türkiyə təmsilçisini də üstələyən (5:1) güləşçimiz finala yüksəlib.
Həlledici görüşdə onun rəqibi Fransanı təmsil edən erməni idmançısı Evrik Nikoqosyan olub. Vaxtından əvvəl rəqibini 87 saniyəyə məğlub edən Rəsul Çunayev 8:0 hesabı ilə turnirin qızıl medalını qazanıb.
Qeyd edək ki, bu turnirdə bu gün mübarizəyə Elman Muxtarov (67) və Mariya Stadnik (50 kq) qoşulub. (oxu.az)
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır





































