İdman
UEFA-dan ŞOK QƏRAR: bundan sonra klublar...
UEFA son illərdə tətbiq etdiyi, klubların maliyyə məsələlərini bir qaydaya salmasını nəzərdə tutan Ədalətli Maliyyə Oyunu (Finansal Fair Play) sisteminin ikinci versiyasını təqdim edəcək.
Publika.az xəbər verir ki, Avropa Klublar Birliyi mövzu ilə bağlı olaraq Romada bir toplantı təşkil edib.
Toplantıda qəbul edilən qərarlar arasında ən diqqət çəkən məqamlardan biri klublara 100 milyon avroluq sərhədin qoyulmasıdır. Yəni bundan sonra bir klub ildə ən çox 100 milyon avroluq transfer edə bilər. Bu qərarın qəbul edilməsində PSJ-nin ötən il Neymar və Mbappe daxil olmaqla, 400 milyon avroluq transfer xərci çıxarmasından yaranan narahatlıq olub.
Yeni qaydalara əsasən, bundan sonra edilən transferlərdə sadəcə transfer haqqı və futbolçunun əməkhaqqı sistemə daxil edilməklə iş bitməyəcək. Klublar transferlərdə futbolçuların menecerlərinə nə qədər ödədiklərini klubun rəsmi saytından yayımlamaq məcburiyyətində olacaqlar.
Mövzu ilə bağlı daha kəskin tədbirlərin görüləcəyini ehtiva edən yeniliklərin 24 mayda UEFA İdarə Heyəti toplantısında təsdiq edildikdən sonra növbəti mövsümdən etibarən tətbiq edilməsi gözlənilir.
Zümrüd
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ

















.jpg)


















