İdman
Qurban Qurbanov: "5 milyon istəsə, söhbət bağlanacaq"
“PAOK “Qarabağ”ı sınağa çəkir”.
Publika.az xəbər verir ki, bu sözlər Yunanıstanın “contra.gr” saytında “Qarabağ”ın məşqçisi Qurban Qurbanovun Pedro Enrike haqqında söylədiyi fikilərin yer aldığı məqalədə qeyd edilib.
Ötən gün keçirilən “Zirə” – “Qəbələ” matçını canlı izləyən baş məşqçi fasilədə jurnalistlərin suallarını cavablandırıb. Müxbirlər PAOK-un hazırda icarə əsasında “Qarabağ”da çıxış edən üzvü Pedro Enrike üçün 5 milyon avro tələb etməsi məsələsini Qurbanovdan soruşub. Baş məşqçi isə onlarda bu qədər pulun olmadığını deyib:
“5 milyonumuz yoxdur (gülür). Əlbəttə ki, PAOK bu qədər məbləğ tələb etsə, söhbət bağlanacaq. Hazırda fikrimiz çempionatdadır. Vaxtı gələndə bu barədə danışacağıq”.
Sayt da bu fikirləri “Qarabağ”ın tvitter səhifəsinə istinadən verib və PAOK-un bu mövzuda tələsmədiyini, “Qarabağ”ın reaksiyasını gözlədiyini qeyd edib:
“PAOK isə, Qarabağın əlini cibinə qoymaq istədiyini anlayır və məsələni nə qədər dərinləşdirə biləcəyinə diqqət yetirir”.
Zümrüd
-
Dünya18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO




































