"Neftçi" səfərdə "Qəbələ"ni məğlub etdi - YENİLƏNDİ
Bizi izləyin

İdman

"Neftçi" səfərdə "Qəbələ"ni məğlub etdi - YENİLƏNDİ

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin daha bir ilk oyunu keçirilib.

Publika.az xəbər verir ki, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Neftçi"ni qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu məğlubiyyət "Qəbələ"nin finala vəsiqə şanslarını xeyli azaldıb. Aprelin 18-də Bakıda keçiriləcək cavab görüşündə flaqmana hətta minimal hesablı məğlubiyyət də kifayət edəcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər ilk oyununda "Keşlə" "İnter Arena"da "Sumqayıt"ı yenib - 1:0.

Azərbaycan Kuboku. Yarımfinal, ilk oyunlar

12 aprel

16:00. "Keşlə” – "Sumqayıt” - 1:0

Qol: Sezar Meza Kolli, 90+2

Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ömər Paşayev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Xaqani Məmmədov

Bakı, "İnter Arena”

18:00. "Qəbələ” – "Neftçi” - 1:2

Qollar: Stiven Jozef-Monroz, 90+1 - Lukas Qomes, 29. Namik Ələskərov, 45

Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm