"Barselona"nın veteranı Çini sərxoş edəcək
Bizi izləyin

İdman

"Barselona"nın veteranı Çini sərxoş edəcək

Yay transfer pəncərəsinə hələ xeyli müddət qalsa da, dünya nəhəngləri transfer məsələsində 7 gün 24 saat çalışmaqda davam edir.

Publika.az son zamanların ən çox müzakirə edilən transfer xəbərlərini nəzərinizə çatdırır.

Neymar tövsiyə

Futbol əfsanəsi Rivaldo bildirib ki, Neymar dünyanın ən yaxşılarından olmaq istəyirsə, PSJ-dən ayrılmalıdır.

Arsen Vengerin yeni elçisi

İngiltərənin “Everton” klubu komandaya Sm Ellerdaysın yerinə “Arsenal”dan ayrılacaq fransız baş məşqçi Arsen Vengeri gətirmək istəyir.

Buffona təklif

Argentina mətbuatında yayılan xəbərə görə, ölkənin məşhur komandalarından olan “Boka Xuniors” “Yuventus”un əfsanəsi Canluici Buffona transfer təklifi edib. 40 yaşlı futbolçunun karyerasını bitirmək üzrə olduğu anda gələn təklifi klub da təsdiq edib. Komandanın idman direktoru Quilermo Barros Şelotto Buffonla əlaqədə olduqlarını bildirib.

“Everton”un daha bir bombası

“Everton” "Arsenal"dan ayrılacaq 26 yaşlı Cek Uilşirlə razılaşıb. İngiltərəli futbolçunun bol sıfırlı bir müqaviləyə imza atacağı bildirilir.

Mourinyonun yeni hədəfləri

“Mançester Yunayted”də ümidləri doğrultmayan Paul Poqbanın yerinə “Napoli”dən Jorginyo, ya da”Real Madrid”dən Toni Krus transfer ediləcək.

250 milyonluq plan

“Barselona” 50 milyon avro qarşılığında sərbəst qalma imkanı olan fransalı müdafiəçi Samuel Umtiti ilə yeni bir müqavilə imzalayacaq. Oyunçunun yeni sərbəst qalma qiyməti 250 milyon avro olacaq. (Mundo Depotivo)

İtalyanların yerdəyişməsi

“Çelsi” “Napoli”nin baş məşqçisi Maurisio Sarrini Antonio Kontenin yerinə gətirəcək. Abramoviçin komandanın transfer siyasətini dəyişdirəcəyi bildirilir. Yeni siyasətə görə, artıq böyük ulduzlara pul buraxmaq yerinə sadəcə ulduzluğa namizədlər transfer ediləcək.

“Arsenal” cəbhəsi

Arsen Vengerdən sonra komandanın başına Luiz Enrike keçəcək. (Teleqraf)

“Barselona”nın oyunçusu Çini sərxoş edəcək

Andreas İnyestanın öz adına istehsal etdirdiyi şərablardan 2 milyon ədəd almağı söz verən Çin klubu futbolçunun transferinə nail olacaq. Bu təklifi heyətində Aleks Vitsel, Modesta və Pato kimi ulduzların olduğu “Tianjin Quanjian” klubu edib. Çin klubu əlavə olaraq, futbolçuya illik 35 milyon avro ödəyəcək. (Marca)

Ya “Yuve”, ya “Bavariya”

Emre Can “Yuventus” ilə “Bavariya” aarsındakı seçimini bir neçə gün içində dəqiqləşdirəcək. (La Gazzetta Dello Sport)

“Roma”da yeni imza

“Roma” 19 yaşlı futbolçusu Luka Pelleqrini ilə müqaviləsini 2022-ci ilə qədər uzadıb.

“Mançester Siti” yay transfer dövrü üçün Pep Qvardiolanın əmrinə 200 milyon funt verib. Qvardiola “Napoli”dən Xoxinyo və “Şaxtyor”dan Fredi heyətinə qatmaq istəyir. (Daily Mirror)

Mourinyodan yeni satış siyahısı

Mourinyo Pol Poqba, Antoni Marsial, Deyli Blind və Mateo Darmianın satılmasına icazə verib. Baş məşqçi bunun əvəzinə serbiyalı mərkəz oyunçusu Sergey Milinkoviç üçün bir müşahidəçi göndərib.

ABŞ-a ikinci ulduz

Fernando Torres Çindən gələn təklifi rədd edərək, ABŞ-ın MLS liqasından gələn təklifi qəbul edəcək. (Marca)

PSJ-nin prezidentindən sərt reaksiya

PSJ-nin prezidenti Nasser Əl-Xələfi Tomas Tuxelin müqavilə imzalaması xəbərini yalanlayıb. “Borussiya Dortmund”un sabiq baş məşqçisi Tuxelin onsuz da PSJ ilə razılaşdığı, buna görə “Bavariya"nın təklifni rədd etdiyi bildirilmişdi.

PSJ-nin məcburiyyəti

Haqqında Maliyyə Fair Play istintaqı açılan PSJ üçün təhlükə siqanalları çalınır. Fransa təmsilçisi “Monako”dan 180 milyon avro qarşılığında transfer hüququ ilə birgə heyətinə qatdığı Kilian Mbappe üçün mövsümün sonunda bu pulu ödəyərsə, Avropa müsabiqələrindən kənarlaşdırılacaq. Bu durumun qarşısını almaq istəyən PSJ mövsümün sonunda Mbappeni eyni qiymətə “Mançester Siti”yə verəcək.

“Real”ın tükənən səbri

“Real Madrid” “Çelsi”nin ulduzu Eden Hazardı heyətinə qatmaq üçün 100 milyon funtdan vaz keçəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm