İnyestanın çətin anları - "Barselona"nın veteranı göz yaşlarına qərq oldu
Bizi izləyin

İdman

İnyestanın çətin anları - "Barselona"nın veteranı göz yaşlarına qərq oldu

“Barselona”dan ayrılacağını rəsmi açıqlamaq üçün mətbuat konfransı təşkil edən kapitan Andreas İnyesta çətin anlar yaşayıb.

Publika.az xəbər verir ki, uzun illərdir “Barselona”ya xidmət edən İnyesta qərarını açıqlayarkən göz yaşlarını saxlaya bilməyib.

Müqavilə müddəti mövsümün sonunda başa çatan İnyesta alt qruplarında oynadığı klubun 2002/2003 mövsümündən etibarən A komandasında forma geyinirdi.

Təcrübəli futbolçu ayrılıq qərarını vermədən öncə yaxşıca düşündüyünü qeyd edib:

“Buradakı son mövsümümdü. Bu qərarı vermədən öncə çox düşündüm. “Barselona” dünyanın ən yaxşı klubudur. Bu klub mənə hər şeyimi verdi”.

İnyestanın bu açıqlaması jurnalistləri də göz yaşlarına boğub.

“Barselona” ilə 8 La Liqa çempionluğu, 6 Kopa Del Rey, 4 Çempionlar Liqası qazanan İnyesta katalon klubu ilə ömürlük müqavilə imzalamış və bununla tarixə düşmüşdü. Təcrübəli oyunçu ilə imzalanan müqavilə “Barselona” tarixindəki ilk “ömürlük müqavilə” olmuşdu.

***

“Barselona”nın veteran futbolçusu Andreas İnyesta bu gün mətbuat konfransı keçirəcək.

Publika.az xəbər verir ki, təcrübəli futbolçu konfransda sadiq komandasından ayrılacağını rəsmən açıqlayacaq.

17 ildir katalon klubunda forma geyinən İnyesta karyerasını Çində davam etdirəcək. Belə ki, o, Çinin “Çuntsin Lifan” klubu ilə 3 illik müqavilə imzalayıb. Klub İnyestaya öz adı ilə istehsal etdirdiyi şərablardan 2 milyon ədədini almağı, həmçinin, illik 35 milyon avro maaş təklif etmişdi.

Qeyd edək ki, Andreas 17 illik “Barselona” karyerasında 31 kubok qazanıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm