İdman
Qomis onu gücləndirən şeyi etiraf etdi: "Məndən bu qədər qorxmamaq lazımdır"
“Qalatasaray” komandasında ilk mövsümünü yaşamasına baxmayaraq, Super Liqanın ən çox qol vuran hücumçularından olan Bafetimbi Qomis “Socrates” dərgisinə müsahibə verib.
Publika.az xəbər verir ki, “Qarşılıqlı eşq” adlı 12 səhifəlik müsahibədə Qomis xüsusilə, irqçilik mövzusu ilə bağlı düşüncələrini paylaşıb.
Karyerası ərzində “Sent-Etiyen”, “Lyon”, “Svansea Siti”, “Marsel” və “Qalatsaray”da forma geyinən fransız futbolçu uşaqlıqdan bəri irqçiliyə qarşı mübarizə apardğını etiraf edib:
“Təəssüf ki, uşaqlığımdan bəri dərimin rənginə görə irqçi həqarətlərə məruz qaldım. Bir çox pis təcrübə yaşadım. Ancaq bu davranışlar məni daha da gücləndirdi. Bu sözləri deyənlərin mühakimələrini qırmaq üçün çox çalışdım. Fransa futbol dünyasında uzun zamandır qaradərili və qaçqın köklü futbolçularla bağlı bu mübahisə var. Amma yenə də hamımız Fransanın ən yaxşı futbolçuları arasındayıq və yaxşı pul qazanırıq. İrqçilik yanlış bilgilər, mühakimə və onun yaratdığı qorxu ilə əlaqəlidir. Qırılıb parçalanması isə mümkündür. Hər kəsin bir-birinə sayğılı, irq və ya cinsiyyət kimi bariyerləri yıxmış bir formada yaşaya biləcəyinə inanıram. Fransalı, türk, afrikalı, ağ, qara... Özünə oxşamayanlardan bu qədər qorxmamaq lazımdır”.
Zümrüd
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO



































