İdman
"Qarabağ"ın hücumçusu Qurbanov haqqında: "Onun diktator xasiyyəti var, hər şeyi bilir"
"Qarabağ"ın Çinin "Xançjou Qrintaun" klubuna satdığı sabiq hücumçusu Dino Ndlovu kickoff.com saytına açıqlama verib.
Publika.az xəbər verir ki, təcrübəli futbolçu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun sərt xarakterli biri olduğunu qeyd edib.
Həmyerlisi Xama Billiatın “Qarabağ”a transfer olunması məsələsinə münsaibət bildirən Dino ona məsləhətlət verib:
“Qurban Qurbanov nizam-intizama çox diqqət yetirir. Xama “Qarabağ”a gələcəksə, futbol haqda 100 yox, 1000 faiz düşünməlidir. Çünki baş məşqçinin diktator kimi xarakteri var. Qurbanov gecə həyatını sevən futbolçuları xoşlamır. O, şəhər barədə hər şeyi bilir, futbolçularının hər addımına nəzarət edir. O, rahatlıqla futbolçularından evə nə vaxt gəldiyini və gecəni harda keçirdiyini soruşa bilər. Sizin nə cavab verəcəyiniz önəmli deyil. Onsuz da hər şeyi bilir. Qurban Qurbanov özü futbola bağlıdır. Oyunçulardan da bunu tələb edir. O istəyir ki, oyunçuları yatanda da futbolu düşünsün”.
Qeyd edək ki, Dino Ndlovu 2016-2017 mövsümündə "Qarabağ"da çıxış edib.

-
Qoroskop05:15Həyatında yeni səhifə açacaq 4 bürc
-
İKT04:44Kompüteri “həyata qaytarmağın" gizli yolu
-
Magazin102:12Yenicə ailə quran Xana əri ilə tanışlıq hekayəsini danışdı - VİDEO
-
Maraq dünyası01:11Boşanmanın ən dəli səbəbləri - “Ekstrasens bacıma söz verib ki...”
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qeyri-adi təkliflərə açıq olun
-
İdman20 Avqust 23:55"Qarabağ" "Tvente"ni məğlub etdi - YENİLƏNDİ
-
İdman20 Avqust 22:48Messi karyerasında 922-ci qolunu belə vurdu - VİDEO
-
Magazin220 Avqust 22:2422 yaşlı fenomen motosiklet qəzasında öldü
















.jpg)
















