"Yuventus" və "PSJ" Ronaldoya görə maaş savaşına çıxdı
Bizi izləyin

İdman

"Yuventus" və "PSJ" Ronaldoya görə maaş savaşına çıxdı

"Real"ın hücumçusu Kriştiano Ronaldonun "Yuventus"a keçməsi iddiaları gün keçdikcə güclənir.

Publika.az xəbər verir ki, portuqaliyalı hücumçunun İtaliyanın Turin şəhərində ev axtardığı bildirilir. Onun ailəsi də İtaliyada yaşamağa hazırdır.

İtaliyalı jurnalist Cianluci Di Marsionun məlumatına görə “Qoca sinyora” Ronaldo üçün “Real”a 400 milyon avro ödəməyə hazırdır. Lakin “Kral klubu” rəhbərliklə arası yaxşı olamayan Ronaldonu 120-150 milyon avroya da sata bilər.

“Corriere dello Sport”un bir ay öncə verdiyi məlumata görə, Zinəddin Zidanın ayrılığından sonra getmək istəyən Ronaldo daha sonra İspaniya klubunda qalmağa razılıq vermişdi.

Qeyd edək ki, portuqaliyalı hücumçu Madrid klubunda 2009-cu ildən etibarən çıxış edir. Onun əmək haqqı 21 milyon avrodur. “Yuventus” Ronaldoya 40 milyon avro maaş verəcək. Fransanın "Paris Sen-Jermen" klubu isə Ronaldoya 45 milyon avro ödəməyə hazır olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm