İdman
Ağır atletimiz Avropa birinciliyində qızıl medal qazandı
Milanda 15 və 17 yaşadək yeniyetmə oğlanlar və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Qırxa yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnir Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
Publika.az xəbər verir ki, Milandakı birincilikdə Azərbaycan yığmasının üzvlərindən daha ikisi – Murad Əliyev və Kamil Nəbiyev 15 yaşadək oğlanların mübarizəsində 62 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb.
Kamil Nəbiyev birdən qaldırma hərəkətində 80 kiloqramın öhdəsindən gələrək bu hərəkətdə 12-ci olub. O, təkanla qaldırmada 104 kiloqramı ram edərək doqquzuncu yeri tutub. Toplam 184 kiloqram (80+104) nəticə ilə Kamil Nəbiyev onuncu yerdə qərarlaşıb.
Murad Əliyev isə bu çəkidə Avropa birinciliyinin qalibi adını qazanıb. Birdən qaldırma hərəkətində 100 kiloqram nəticə ilə bütün rəqiblərini üstələyən atletimiz qızıl medala layiq görülüb. Təkanla qaldırma hərəkətində də uğurlu çıxışını davam etdirən təmsilçimiz 118 kiloqramı başı üzərinə qaldıraraq bu hərəkətdə də qalib olub. Toplam 218 kiloqram (100+118) nəticə ilə Avropanın ən yaxşısı adını qazanan Murad Əliyev yekun sıralamada da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO