İdman
“Qalatasaray” üçün ÖLÜM-QALIM YOLU
Türkiyənin Çempionlar Liqası qrup mərhələsindəki yeganə təmsilçisi “Qalatasaray” növbəti çətin sınağına hazırlaşır.
Publika.az xəbər verir ki, D qrupunda mübarizə aparan “cimbom” mövsümün 4-cü qarşılamasında Ukraynanın “Şalke” komandası ilə qarşılaşacaq.
Qrup mərhələsi
“Qalatasaray” “Şalke” ilə evində keçirdiyi oyunda rəqibini məğlub edə bilmədiyinə görə səfər oyununda qalibiyyət üçün vuruşacaq.
Türkiyə təmsilçisi qrupdakı ilk matçında “Lokomotiv Moskva”nı məğlub etmiş, ikinci matçda isə səfərdə “Porto”ya məğlub olmuşdu. Son matçda “Şalke” ilə bərabərə razılaşan İstanbul komandası bu nəticələrlə qrupda 4 xalla 3-cü yerdə qərarlaşıb.
Almaniya Bundesliqada italiyalı baş məşqçi Domeniko Tedeskonun rəhbərliyi altında pis günlər yaşayan “Şalke” Çempionlar Liqası qrup mərhələsində ilk matçında “Porto” ilə 1 qolluq bərabərə razılaşmışdı. Alman klubu ikinci matçda “Lokomotiv Moskva”nı 1 qolla məğlub edərək 3 xalı qazanıb. Üçüncü matçda “Qalatasaray” qarşısında qalibiyyəti əldən verən “Şalke” bu nəticələrlə qrupda ikinci sırada qərarlaşıb.
Komandalar 4-3 geridə başlayacaq
“Qalatasaray”da hazırda 4 zədəli futbolçu var. Əməliyyat edilən Emre Akbaba ilə Yuqo Naqatomo mübarizədə yer almayacaq. Eren Derdiyok ilə Fernando Reqesin iştirak edib-etməyəcəyi isə sual altındadır.
“Şalke”də isə 3 futbolçu “Qalatasaray”a qarşı forma geyinməyəcək. “Ağ-mavi”lilərdə qapıçı Ralf Farman, müdafiəçi Həmzə Mendil və hücumçu Sedrik Tuçert zədəlidir.
Çətin sınağa şotlandiyalı hakim
Qarşılaşma Bakı vaxtilə 7 noyabr saat 00:00-da “TürkTelekom Arena”da başlayacaq. Matçı şotlandiyalı baş hakim Uilyam Kollum idarə edəcək. Onun köməkçiləri Devid Makqeyçi ilə Qreym Stüart olacaq. Endryu Dallas ilə Nikolas Vals isə əlavə yardımçı hakim vəzifəsini üstlənəcək. Mübarizənin 4-cü hakimliyi Frensis Konnora tapşırılıb.
“Qalatasaray”ın Çempionlar Liqası heyəti:
Qapıçılar: Fernando Muslera, İsmail Çipe
Müdafiəçilər: Mariano Ferreyra, Meykon Rokue, Sərdar Əziz, Əhməd Çalıq, Martin Linnes, Ömər Bayram, Yuto Naqatomo
Yarımmüdafiəçilər: Səlcuq İnan, Younes Belhanda, Rayn Donk, Badou Ndiaye, Emre Akbaba, Fernando Reqes, Sofiane Feqouli, Gerry Rodriqes
Hücumçular: Eren Derdiyok, Sinan Gümüş, Henri Onyekuru, Muğdat Çəlik
“Şalke”nin Çempionlar Liqası heyəti:
Qapıçılar: Ralf Fahmann, Yannik Lenze, Aleksandr Nübel
Müdafiəçilər: Həmzə Mendil, Matiya Nastasik, Sebastian Rudi, Əbdül Baba Rəhman, Səlif Sane, Ronaldo Naldo, Niklas Viemann
Yarımmüdafiəçilər: Ueston Makkeyn, Ömər Maskarel, Suat Sərdar, Nabil Bentaleb, Yeven Konoplyanka, Bencamin Stambouli, Daniel Caliqiuri, Amine Harit, Yannis Kübler, Alessandro Şhöpf, Bencamin Qoller
Hücumçular: Mark Ut, Franko Di Santo, Əhməd Qutucu, Guido Burqstaller, Stiven Skrzibski, Sedrik Tuşert, Bril Embolo.
Çempionlar Liqası
Qrup mərhələsi
4-cü tur
“Şalke” – “Qalatsaray”
7 noyabr, saat 00:00
Baş hakim: Uilyam Kollum
Almaniya, “Veltins-Arena” stadionu
Zümrüd
-
ABŞ04:30Onlarda döyüşəcək heç kim və heç nə qalmayıb... - Tramp
-
Qoroskop01:40Günün ulduz falı: Yeni qazanc qapısı görünəcək
-
İdman6 Mart 23:15Bekhem Ağ Evə buna görə getməyib: Onu Trampdan üstün tutub
-
Nida Xəbər 6 Mart 22:02SEPAH-ın Bakıda qanlı terror planı: Şəhərin bu ərazilərində... - Video
-
İdman6 Mart 20:46Ağ Ev Trampla Messinin elə bir fotosunu paylaşdı ki…
-
İnanc6 Mart 20:00Ramazanın 17-ci gününün duası - İftar və imsak vaxtları
-
Magazin16 Mart 18:40Azərbaycanı "Avroviziya 2026"da kimin təmsil edəcəyi bilindi
-
Ekologiya6 Mart 18:30Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
































