Dünya
Müharibə üzərindən qumar oynayırlar - Mərclərin həcmi yarım milyardı keçdi
Yaxın Şərqdəki müharibə xəbərləri dünya gündəmini sarsıtdığı bir vaxtda, bu hadisələrin ABŞ-də fəaliyyət göstərən onlayn proqnoz və mərc platformalarında böyük bir “qumar bazarı”na çevrildiyi ortaya çıxıb.
Publika.az xəbər verir ki, bəzi istifadəçilər müharibənin gedişi, hərbi hücumların vaxtı və siyasi liderlərin taleyi ilə bağlı qoyduqları mərclərdən minlərlə dollar qazanc əldə ediblər.
Bir istifadəçi ABŞ-nin İrana zərbə endirəcəyi ilə bağlı 889 dollarlıq mərcdən 9347 dollar qazanıb. Başqa bir istifadəçi isə İranın Ali Lideri Əli Xameneinin ölümü və ya istefası ilə bağlı qoyduğu 18050 dollarlıq mərcdən 73186 dollar gəlir əldə edib.
Digər mərclər arasında İsrailin İrana hücumu və ABŞ-nin İraqdakı əməliyyatları ilə bağlı proqnozlardan da on minlərlə dollar qazanc əldə edən istifadəçilər olduğu bildirilir.
Hazırda bəzi istifadəçilər ABŞ qüvvələrinin İran ərazisinə daxil olması ssenarisi üzrə də böyük məbləğdə mərc qoyublar. Məlumata görə, bir istifadəçi bu ehtimal üzrə təxminən 35 min dollar investisiya edib.
Analitiklərin məlumatına görə, müharibə ilə bağlı proqnoz bazarlarında yüz milyonlarla dollar dövriyyə yaranıb. Məsələn, “Polymarket” platformasında ABŞ-nin İrana mümkün zərbələri ilə bağlı mərclərin həcmi 529 milyon dolları keçib.
Bununla yanaşı, bəzi siyasətçilər və ekspertlər hücumlar başlamazdan əvvəl qoyulan böyük mərclərin “insayder məlumatı” ilə bağlı ola biləcəyini iddia edərək, araşdırma aparılmasını tələb edirlər.
Bildirilir ki, hələlik bu cür proqnoz bazarlarının çoxu ciddi tənzimlənmədiyi üçün müharibə və siyasi hadisələr bəzi istifadəçilər üçün böyük qazanc mənbəyinə çevrilir.
(Qafqazinfo)
-
Hadisə10:05Xaçmazda 20 kiloqram fındıq oğurlayan yeniyetməyə hökm oxundu
-
Magazin109:00Nadir Qafarzadədən 8 Mart qalmaqalı: Arvadına hədiyyə alıb göstərənlər...
-
ABŞ08:45Obama açıqlaması ilə yenə gündəm oldu: Bu dəfə görün nəyi etiraf etdi
-
Kriminal08:41Azərbaycanda meşə yanğınına səbəb olan hərbçiyə hökm oxundu - 614 min manat cərimələndi
-
Ekopublika.az08:30İranla bağlı yeni böhran siqnalı - Azərbaycana da təsir edəcək
-
ABŞ07:357 gündə 3 mindən çox hədəf vurulub...
-
ABŞ04:30Onlarda döyüşəcək heç kim və heç nə qalmayıb... - Tramp
-
Qoroskop01:40Günün ulduz falı: Yeni qazanc qapısı görünəcək























.jpg)






