İdman
Ansi Aqolli: "Bir gün Ağdamda..."
"Qələbə qazanaraq komandanı tərk etməyim mənim üçün xoşdur. Üç xalla və qələbə ilə vidalaşmaq məndə yaxşı əhval-ruhiyyə yaratdı".
Publika.az "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"la yollarını ayıran albaniyalı futbolçu Ansi Aqolli jurnalistlərə açıqlamasında deyib.
Təcrübəli müdafiəçi "Səbail"lə görüşdə meydana çıxmadığı üçün məyus olmadığını söyləyib. 32 yaşlı oyunçu bildirib ki, 317 dəfə "Qarabağ"ın forması ilə meydanda olub və bu, onun üçün hər şey deməkdir: "Təbii ki, ailə amili ABŞ-ın “Nyu York Kosmos” klubuna keçməyimdə çox böyük rol oynadı. Elə bir yaşdayam ki, həyatımla bağlı düzgün qərarlar verməliyəm. Düşünürəm ki, doğru qərar almışam. Həyat davam edir. Nə zamansa başlayan həm də nə vaxtsa bitməlidir".
Aqolli Ağdam təmsilçisinin hazırda düzgün yolda olduğunu sözlərinə əlavə edib: "Klubun düzgün yolda olduğuna inanıram. Bu il də komandanın çempion olmasını istəyirəm və arzulayıram. "Qarabağ" fərdlərdən ibarət deyil, "Qarabağ bir sistemdir. Qurban Qurbanov komanda üçün uğur sistemini tətbiq edib. Bu, sadəcə, bu günün deyil, gələcəyin uğurudur. Mənim üçün klubda ən yadda qalan anım 2014-cü ildəki çempionluğumuz olub. "Qarabağ"da insanların sevgisini qazandım".
Müdafiəçi "Qarabağ həqiqətlərini getdiyiniz yerdə təbliğ edəcəksiniz" sualına "Əlbəttə" cavabını verib: "Bir gün "Qarabağ"ın Ağdamda oyununu görəcəyik".
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman3 Oktyabr 16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm















.jpg)















.jpg)
