İdman
“Shamkir Chess 2019” superturnirində ikinci turun partiyaları oynanıldı
Aprelin 1-də Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2019” superturnirində ikinci turun partiyaları oynanılıb.
Publika.az xəbər verir ki, ikinci turda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üz-üzə gəliblər. Partiyada qalib müəyyənləşməyib.
Turun digər oyunlarında norveçli dünya çempionu Maqnus Karlsen Hindistan təmsilçisi Vişvanatan Ananda, çinli Dinq Liren Rusiya şahmatçısı Aleksandr Qrişuka, digər rusiyalı Sergey Karyakin isə hollandiyalı Aniş Giriyə qalib gəlib.
Bolqarıstanlı Veselin Topalov və çexiyalı David Navaranın partiyası sülhlə bitib.
İki turdan sonra M.Karlsen, S.Karyakin və D.Liren 1,5 xalla 1-3-cü pilləni bölüşürlər. Ş.Məmmədyarov, T.Rəcəbov, D.Navara, V.Topalov 1 xalla 4-7-ci, V.Anand, A.Qrişuk və A.Giri isə 0,5 xalla 8-10-cu pillədə qərarlaşıblar.
Qeyd edək ki, SOCAR-ın, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Synergy Group”un tərəfdaşlığı ilə keçirilən Vüqar Həşimov memorialında bu dəfə də FIDE reytinqində ən yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparır. XXII kateqoriyalı superturnirin reytinq favoriti hazırkı dünya çempionu Maqnus Karlsendir. Norveçli dünya çempionu FIDE-nin reytinq cədvəlində 2845 xalla birinci pillədə qərarlaşıb.
İsveçrə sistemi üzrə keçirilən doqquz turdan ibarət “Shamkir Chess 2019” turnirinə aprelin 9-da yekun vurulacaq.
Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub.
-
Magazin100:45Natiq Şirinov yeni doğulan nəvəsi ilə - Video
-
Qoroskop00:15Günün ulduz falı - Estetik zövq axtarışında olacaqsınız
-
Nəqliyyat00:00Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq - Video
-
İdman28 Noyabr 22:48Valdas Dambrauskas: “Qız Qalasının yanında stadion tikməliyik?”
-
Region28 Noyabr 22:00Gözəlliyi ilə gündəm olan Gülümün həyat hekayəsi üzə çıxdı - FOTO
-
Sosial28 Noyabr 21:36Bakıda stilist doğuşdan sonra vəfat etdi - VİDEO
-
Magazin228 Noyabr 20:24Fədayə Laçın Azərbaycana qayıdır
-
Pul28 Noyabr 19:36İlon Maskın sərvəti kəskin artdı












.jpg)












.jpg)









