Region
Bu şəhər Türk dünyasının mədəniyyət paytaxtı elan edildi
Qırğızıstanın Talas şəhəri 2028-ci ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilib.
Publika.az “Kabar” agentliyinə istinadla xəbər verir ki, həmin ilin Türk dünyasında Çingiz Aytmatov ili elan edilməsi barədə də qərar qəbul olunub.
Türk Mədəniyyəti Beynəlxalq Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Raevin bildirdiyinə görə, müvafiq qərarlar Özbəkistanın Əndican şəhərində keçirilən təşkilatın Daimi Şurasının 43-cü iclasında qəbul edilib.
2028-ci ildə görkəmli qırğız yazıçısı, əsərləri dünyanın bir çox dillərinə tərcümə edilmiş Çingiz Aytmatovun anadan olmasının 100 illiyi tamam olacaq.
Qeyd edək ki, TÜRKSOY-un Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan nümayəndələrinin iştirakı ilə keçirilən Yüksək Vəzifəli Şəxslər Komitəsinin 8-ci iclasında mədəni və humanitar əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
-
Qoroskop00:15Günün ulduz falı - Estetik zövq axtarışında olacaqsınız
-
Nəqliyyat00:00Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq - Video
-
İdman28 Noyabr 22:48Valdas Dambrauskas: “Qız Qalasının yanında stadion tikməliyik?”
-
Region28 Noyabr 22:00Gözəlliyi ilə gündəm olan Gülümün həyat hekayəsi üzə çıxdı - FOTO
-
Sosial28 Noyabr 21:36Bakıda stilist doğuşdan sonra vəfat etdi - VİDEO
-
Magazin228 Noyabr 20:24Fədayə Laçın Azərbaycana qayıdır
-
Pul28 Noyabr 19:36İlon Maskın sərvəti kəskin artdı
-
Sosial28 Noyabr 19:00Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü - Anası 3 nəfərdən şikayətçidir












.jpg)











.jpg)









