İdman
Rəcəbovla Məmmədyarov ağır sınağa çıxır - Şəmkirdə
Mərhum azərbaycanlı qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShmakirChess” superturnirində bu gün III turun görüşləri keçiriləcək.
Publika.az xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən iki şahmatçı: Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov ağır sınağa çıxacaqlar. Məmmədyarov hindistanlı eks-dünya çempionu Vişvanatan Anandla qara fiqurlarla mübarizə aparacaq. Rəcəbov isə liderlər qrupunda yer alan çinli Dinq Lirenlə üz-üzə gələcək.
"ShamkirChess 2019"
III tur
2 aprel
Sergey Karyakin (Rusiya) - Veselin Topalov (Bolqarıstan)
David Navara (Çexiya) - Maqnus Karlsen (Norveç)
Teymur Rəcəbov (Azərbaycan) - Dinq Liren (Çin)
Alekandr Qrişuk (Rusiya) - Aniş Giri (Hollandiya)
Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan)
Qeyd edək ki, ilk 2 turdan sonra Karlsen, Karyakin və Liren hərəyə 1,5 xalla ilk 3 pillədə yer alıblar. Topalov, Navara, Məmmədyarov və Rəcəbov hərəyə 1 xalla 4 - 7-ci yerləri bölüşür. Hərəyə 0,5 xalı olan Qrişuk, Anand və Giri 8 - 10-cu yerlərdə qərarlaşıblar.
-
Magazin100:45Natiq Şirinov yeni doğulan nəvəsi ilə - Video
-
Qoroskop00:15Günün ulduz falı - Estetik zövq axtarışında olacaqsınız
-
Nəqliyyat00:00Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq - Video
-
İdman28 Noyabr 22:48Valdas Dambrauskas: “Qız Qalasının yanında stadion tikməliyik?”
-
Region28 Noyabr 22:00Gözəlliyi ilə gündəm olan Gülümün həyat hekayəsi üzə çıxdı - FOTO
-
Sosial28 Noyabr 21:36Bakıda stilist doğuşdan sonra vəfat etdi - VİDEO
-
Magazin228 Noyabr 20:24Fədayə Laçın Azərbaycana qayıdır
-
Pul28 Noyabr 19:36İlon Maskın sərvəti kəskin artdı












.jpg)












.jpg)









