İdman
"Shamkir Chess 2019": 4-cü turun NƏTİCƏLƏRİ
Aprelin 3-də Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirində dördüncü turun oyunları keçirilib.
Publika.az xəbər verir ki, bu turda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov çexiyalı David Navara, Teymur Rəcəbov isə hollandiyalı Aniş Giri ilə qarşılaşıblar. Hər iki şahmatçımızın görüşü heç-heçə başa çatıb. Turnirin digər partiyalarında da bərabərlik qeydə alınıb.
Qeyd edək ki, dörd turun nəticəsinə görə aktivində 3 xal olan Maqnus Karlsen turnir cədvəlində liderliyini davam etdirir. Dinq Liren, Sergey Karyakin 2,5 xalla ikinci-üçüncü yerləri bölüşürlər. Vişvanatan Anand, Teymur Rəcəbov və Veselin Topalovun 2, Aleksandr Qrişuk, Aniş Giri, Şəhriyar Məmmədyarov və David Navaranın hər birinin isə 1,5 xalı var.
Turnirə aprelin 9-da yekun vurulacaq.
Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub.
-
Nida Xəbər 10:01Əli Əsədov yeni qərar imzaladı
-
MDB09:13Moskvaya PUA hücumu: anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi







.png)











.jpg)








.jpg)
.jpg)





