İdman
Teymur Rəcəbov: Heç-heçə ədalətli nəticədir
"Oyunda bərabər mübarizə getdi. Heç kim üstünlük qazana bilmədi. Fiqurları dəyişsək belə, vəziyyət düzəlmədi. Heç-heçə ədalətli nəticədir".
Publika.az xəbər verir ki, bu sözləri "Shamkir Chess 2019" superturnirinin IV turunda Hollandiya təmsilçisi Aniş Giri ilə heç-heçə oynayan Teymur Rəcəbov mətbuat konfransında deyib.
Otuz iki yaşlı qrossmeyster adətən belə güclü turnirdə riskin az olduğunu bildirib.
Ağ fiqurlarla oynamasına baxmayaraq, hücum qurmaqda çətinlik çəkdiyini deyən Aniş Giri bildirib: "Adətən belə oyunlar zamanı qara fiqurların qarşısını kəsə bilirəm. Burada hücum qurmaqda çətinlik çəkdim. Rəqibim səhvə yol vermədi. Hesab edirəm ki, heç-heçə normal nəticədir".
O bildirib ki, hər bir şahmatçı qələbə qazanmaq istəyir, ancaq həmişə istədiyini əldə edə bilmir.
Qeyd edək ki, bu turnirdə T. Rəcəbovun 2, Aniş Girinin isə 1,5 xalı var.
-
Magazin100:45Natiq Şirinov yeni doğulan nəvəsi ilə - Video
-
Qoroskop00:15Günün ulduz falı - Estetik zövq axtarışında olacaqsınız
-
Nəqliyyat00:00Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq - Video
-
İdman28 Noyabr 22:48Valdas Dambrauskas: “Qız Qalasının yanında stadion tikməliyik?”
-
Region28 Noyabr 22:00Gözəlliyi ilə gündəm olan Gülümün həyat hekayəsi üzə çıxdı - FOTO
-
Sosial28 Noyabr 21:36Bakıda stilist doğuşdan sonra vəfat etdi - VİDEO
-
Magazin228 Noyabr 20:24Fədayə Laçın Azərbaycana qayıdır
-
Pul28 Noyabr 19:36İlon Maskın sərvəti kəskin artdı












.jpg)












.jpg)









