İdman
Şəhriyar Məmmədyarov uduzdu, Teymur Rəcəbov... - VI turun NƏTİCƏLƏRİ
Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş"ShamkirChess 2019" superturnirində VI turun görüşləri keçirilib.
Publika.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov qara fiqurlarla mübarizə aparıblar.
Məmmədyarov bolqarıstanlı Veselin Topolova uduzub. Bu, 34 yaşlı qrossmeysterin turnirdə ikinci məğlubiyyəti olub. Rəcəbov isə rusiyalı Aleksandr Qrişukla xalı yarı bölüb. Bu, 32 yaşlı şahmatçının ardıcıl 6-cı heç-heçəsi olub.
"ShamkirChess 2019"
VI tur
6 aprel
Dinq Liren (Çin) - Maqnus Karlsen (Norveç) - 0,5:0,5
Sergey Karyakin (Rusiya) - Vişvanatan Anand (Hindistan) - 1:0
Alekandr Qrişuk (Rusiya) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
Aniş Giri (Hollandiya) - David Navara (Çexiya) - 0,5:0,5
Veselin Topalov (Bolqarıstan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 1:0
Qeyd edək ki, 6 turdan sonra turnir cədvəlinə Maqnus Karlsen və Sergey Karyakin hərəyə 4 xalla başçılıq edir. Hərəyə 3 xalı olan Vişvanatan Anand, David Navara, Dinq Liren, Aleksandr Qrişuk, Veselin Topalov və Teymur Rəcəbov 3 - 8-ci, hərəyə 2 xal toplayan Şəhriyar Məmmədyarov və Aniş Giri 9-10-cu yerləri bölüşürlər.
-
Magazin100:45Natiq Şirinov yeni doğulan nəvəsi ilə - Video
-
Qoroskop00:15Günün ulduz falı - Estetik zövq axtarışında olacaqsınız
-
Nəqliyyat00:00Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq - Video
-
İdman28 Noyabr 22:48Valdas Dambrauskas: “Qız Qalasının yanında stadion tikməliyik?”
-
Region28 Noyabr 22:00Gözəlliyi ilə gündəm olan Gülümün həyat hekayəsi üzə çıxdı - FOTO
-
Sosial28 Noyabr 21:36Bakıda stilist doğuşdan sonra vəfat etdi - VİDEO
-
Magazin228 Noyabr 20:24Fədayə Laçın Azərbaycana qayıdır
-
Pul28 Noyabr 19:36İlon Maskın sərvəti kəskin artdı












.jpg)












.jpg)









