İdman
“Shamkir Chess 2019”: Azərbaycan şahmatçıları... - VIII turun NƏTİCƏLƏRİ
Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirinin səkkizinci turunda – aprelin 8-də qalib müəyyənləşib.
Publika.az xəbər verir ki, norveçli dünya çempionu Maqnus Karlsen turnirin başa çatmasına bir tur qalmış “Shamkir Chess” superturnirinin dördüncü dəfə qalibi olub. O, səkkizinci turda rusiyalı Sergey Karyakini məğlub edərək xallarının sayını 6-ya çatdırıb.
Səkkizinci turun digər oyunlarında Azərbaycan təmsilçisi Teymur Rəcəbov keçmiş dünya çempionu, hindistanlı Vişvanatan Anand, Şəhriyar Məmmədyarov isə hollandiyalı Aniş Giri ilə heç-heçə ediblər. Rusiyalı Aleksandr Qrişuk çexiyalı David Navaraya qalib gəlib. Bolqarıstanlı Veselin Topalov isə çinli Dinq Lirenə məğlub olub.
Səkkiz turdan sonra Maqnus Karlsen 6 xalla çempionluğunu bayram edib. Aleksandr Qrişuk, Dinq Liren, Sergey Karyakin hərəyə 4,5 xal, Vişvanatan Anand, David Navara, Teymur Rəcəbov, Veselin Topalov isə 4 xal toplayıblar. Şəhriyar Məmmədyarovun 3, Aniş Girinin 2,5 xalı var.
Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə də yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov çempion adını qazanıb.
Turnirə aprelin 9-da yekun vurulacaq.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO














.jpg)






















.jpg)


