İdman
Prezident Mbappe və Neymarı PSJ-dən qovmaqla hədələdi
Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlaifi komandanın ulduz oyunçularına münasibətindən danışıb.
Publika.az xəbər verir ki, onun sözlərini “France Football” nəşri sitat gətirib.
“Mən ulduzlardan yoruldum və onları daha PSJ-də görmək istəmirəm. Əgər biz bu istiqamətdə hərəkət etməyə davam etsək, onda dalana girəcəyik. Ona görə də bizə dəyişikliklər lazımdır. Bütün oyunçular öz üzərinə daha çox məsuliyyət götürməlidir. Hər şey tamamilə başqa cür olacaq. Oyunçular daha çox işləməli olacaq”, - o deyib.
Prezidentin sözlərinə görə, oyunçular klubda həyatdan həzz almaq və ya dincəlmək üçün deyillər.
“Əgər bu məsələdə kimsə başqa fikirdədirsə, onda qapılar həmişə çıxışa açılmışdır”, - klub prezidenti yekunlaşdırıb.
Qeyd edək ki, PSJ-nin 20 yaşlı futbolçusu Kilian Mbappe dünyanın ən bahalı futbolçusudur. “CIES Football Observatory” tədqiqat mərkəzi hücumçunun qiymətini 252,2 milyon avro qiymətləndirib.
Braziliyalı hücumçu Neymar isə dünyanın ən yüksək maaşlı oyunçuların reytinqində üçüncü yeri tutur. Onun illik gəliri 105 milyon avro təşkil edir.
-
Nida Xəbər 15:10Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
-
Nida Xəbər 14:54Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirildi
-
Nida Təhlil 14:19Məhv edilən “şeytan yuvası”nda Zəfər Muzeyi – “Bakıda çay içmək” arzuları reallaşdı
-
Ekologiya12:51Leysan yağacaq, şimşək çaxacaq - Sabahın hava proqnozu
-
Nida Xəbər 12:32Azərbaycan Prezidenti: Ermənistanın etirafına görə, onların ordusunda 12 minə yaxın fərari oldu
-
Nida Xəbər 12:26Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - Video(Yeniləndi)
-
Nida Xəbər 12:23Prezident: Biz qurub-yaradan xalqıq!
-
Səhiyyə11:27Vətən müharibəsi iştirakçılarına 879 min 232 ambulator xidmət göstərilib


































.jpg)

