İdman
“Judo Club 2012”nin gənc cüdoçularının uğurlar artır - FOTO
Son illərdə respublikamızın idman həyatında fəallığı ilə diqqət çəkən “Judo Club 2012” öz uğurlarını davamlı olaraq artırır. Klubun yetirmələri həm ölkədaxili, həm də beynəlxalq yarışlarda uğurla çıxış edərək parlaq qələbələr qazanırlar.
Bu yaxınlarda klubun gənc cüdoçuları iki mötəbər beynəlxalq yarışdan Vətənə yüksək mükafatlarla qayıdıblar. Belə ki, klubun yetirməsi Nurlan Osmanov (66 kq) Rusiyanın İjevsk şəhərində 23 yaşınadək cüdoçular arasında keçirilən Avropa birinciliyində qüvvəsini sınayıb. Mübarizəyə 1/16 final mərhələsindən başlayan cüdoçumuz, müvafiq olaraq, Belarus, Macarıstan, İsveçrə və İtaliya idmançılarına qalib gələrək finala vəsiqə əldə edib. Gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmada Nurlan rusiyalı rəqibi Murad Çopanova məğlub olaraq, qitə çempionatının gümüş medalını qazanıb.
Azərbaycan cüdosunun ən gənc istedadlı nümayəndələrindən olan Murad Fətiyevin (81 kq) Avstraliyanın Pert şəhərində keçirilən “Okeaniya Open” turnirindəki uğurlu çıxışını da klubun diqqətəlayiq nailiyyətlərindən sayıla bilər. Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda cüdoçumuz yarışda bürünc medala sahib çıxıb. Mübarizəyə 1/32 finaldan başlayan təmsilçimiz ilk mərhələdə Fransa, növbəti görüşdə isə uruqvaylı idmançını üstələyib. Lakin gənc cüdoçumuz 1/8 finalda braziliyalı rəqibinə məğlub olub. Bürünc medal uğrunda təsəlliverici görüşə çıxan idmançımız bu mərhələdə Avstriya cüdoçusuna qalib gəlib. Murad Fətiyev həlledici görüşdə italiyalı Andrea Regis üzərində də üstünlüyünü təmin dərək üçüncü yerin sahibi olub. Olimpiya ümidlərimizdən olan idtedadlı cüdoçu bürünc medal qazanmaqla öz aktivinə 350 xal yazdırıb. O, hazırda dünya reytinqində 43-cü, Olimpiya reytinqində isə 36-cı pillədə qərarlaşıb.
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar









.jpg)
.png)




.jpg)


















