İdman
“Judo Club 2012”nin uğur estafeti davam edir
Paytaxtın ən müasir idman təsisatlarından olan “Judo Club 2012”nin yetirmələri ölkədaxili yarışlarda uğurlu çıxışlarını davam etdirirlər.
Noyabrın 21-22-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində kişilər və qadınlar arasında təşkil olunan cüdo üzrə açıq Bakı çempionatında təmsilçiləri 2 qızıl, 3 gümüş və 6 bürünc medal qazanan “Judo Club 2012” komanda hesabında birinci yeri tutub.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 27 klubu təmsil edən 235 (201 kişi, 34 qadın) idmançı mübarizə aparıb.
“Judo Club 2012”nin yetirmələrindən Hüseyn Məmmədov (+100 kq) və Aidə Baxışova (-70 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Nihat Ələsgərli (-66 kq), Diana Şoranova (-63 kq) və Nərgiz İbrahimova (-70 kq) isə yalnız finalda məğlub olaraq gümüş medalla kifayətləniblər. Klubun aktivinə bürünc medalları isə Fərid Qəzənfərov (-66 kq), İsa Əliyev (-66 kq), Əbdülcəlal Hüseynov (-81 kq), Abdulla Abdullayev (-81 kq), Əbülfət Əliyev (-100 kq) və Günel Quliyeva (-70 kq) qazandırıblar.
Şəhər çempionatında fərqlənən cüdoçular gələn ay keçiriləcək Azərbaycan birinciliyində iştirak etmək hüququ əldə ediblər.
Ötən həftə Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında keçirilən 20-ci respublika birinciliyində “Judo Club 2012”nin karateçilərinin çıxışları da uğurlu olub: 1 qızıl, 2 gümüş, 1 bürünc medal. Klubun aktivinə qızıl medalı 16-17 yaşlı idmançıların yarışında -76 kq çəki dərəcəsində çıxış edən Fərid Ağayev yazdırıb. Bu yaş kateqoriyasında qüvvəsini sınayan klubun istedadlı yetirmələrindən Fidan Dadaşova (-48 kq) və Abbas Dadaşov (-68 kq) gümüş medal qazanıblar. 12-13 yaşlıların mübarizəsində iştirak edən Kamal Amaşov (-45 kq) isə bürünc medala layiq görülüb.
“Judo Club 2012”də fəaliyyət göstərən ciu-citsu bölməsinin yetirmələri Şağan Olimpiya İdman Kompleksində təşkil olunmuş Braziliya ciu-citsusu üzrə Azərbaycan çempionatında öz qüvvələrini sınayıblar. Onlar çempionatı 17 (9 qızıl, 4 gümüş, 4 bürünc) medalla başa çatdırıblar.
Uşaqlar, yeniyetmələr, böyüklər və veteranlar arasında keçirilən yarışda respublikada fəaliyyət göstərən 32 klubdan 250-dən çox idmançı mübarizə aparıb.
Gi və no-gi versiyaları üzrə keçirilən yarışda klubun idmançıları Braziliya ciu-citsusu üzrə məşqçi Ceyhun Quluzadənin rəhbərliyi altında geniş heyətlə təmsil olunublar. Klubun idmançılarından Əbülfəz Nağıyev (31 kq), Ənvər Nəcəfov (36 kq), Amin Quliyev (55 kq), Nail Əmirov (71 kq), Emin Əsədov (79 kq), Çingiz Mehdiyev (79 kq), Rauf Atakişiyev (91 kq), Ruslan Nağıyev (91 kq) və Məmməd Tağızadə (100 kq) müxtəlif kateqoriyalar üzrə bütün rəqiblərinə qalib gələrək qızıl medallara layiq görülüblər. Xalid Süleymanlı (20 kq), Bağır Əliyev (31 kq), Zakir Babayev (79 kq), Teymur İslamov (91 kq) çempionatın gümüş medallarına sahib çıxıblar. Müslim Əliyev (29 kq), Murad İsmiyev (71 kq), Paşa Paşazadə (72 kq) və Niyaz Bağırov (79 kq) isə üçüncü yeri tutublar.
Yarışın qalibləri Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları və medalları ilə təltif olunublar.
-
Hadisə12:38İrəvanda ermənisayaq zarafat: Zebra bildilər, eşşək çıxdı - VİDEO
-
Dünya12:02Vəzifə müvəqqətidir, çörək əbədi: Baş nazir "pekarnı"da işə başladı - FOTO
-
Nida Xəbər 11:38MM-də komissiya yaradıldı, Ziyafət Əsgərov sədr oldu
-
Nida Xəbər 10:58Aİ səfiri XİN-ə çağırıldı: Etiraz notası təqdim olundu
-
İdman10:18Restoranda görüblər: Yamal indi də bu gözəllə eşq yaşayır - FOTOLAR
-
ABŞ09:48Güllədən qorxmayan prezident görün nədən qorxur - Tramp hər kəsi şoka saldı
-
Sosial09:12Eynulla Fətullayev saytını satdı: Azərbaycandan gedir
-
Ekologiya07:17Bu gün 25 dərəcə isti olacaq





























.png)

.jpg)





