İdman
Həbsxanadan gələn məktubu kim yazıb?
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun Lənkəranda keçirilən “Böyük oyun”da həbs olunan azarkeşlərlə bağlı səsləndirdiyi fikirləri təqdim etmişdik.
Nadirov həbsdə olan azarkeş Elman Tağıyevin (Eliko) məktubu barədə münasibət bildirmiş, dolayısı ilə həbs olunan azarkeşləri günahkar çıxarmışdı.
“O azarkeşlərlə bağlı həm şəxsi mövqeyimi, həm də klubun mövqeyini bildirmişəm.
Bilmirəm o məktubu kim yazıb və ya kimsə kiminsə adından yazıb. Mən bildiyimə görə içəridə internet yoxdu. Yəqin ki, əl ilə yazıb göndərib. Amma bizim “Xəzər Lənkəran” klubuna o azarkeşlər adından bir dənə də olsun məktub gəlməyib (http://publika.az/p/2878 )”.
Nadirovun bu açıqlamasından sonra Elikonun məktubunu yayan azad azarkeş Şəhriyar Məmmədli Publika.Az-a fikirlərini bildirdi:
“O məktubu Eliko özü şəxsən yazıb. Məktubu da özündən almışam. Əvvəlcədən mənə xəbər göndərdi ki, gəlim məktubu ondan alım. Eliko məndən xahiş etdi ki, məktubu yaymaq üçün mətbuata ötürüm. Mən də elə etdim. Saq olsunlar, mətbuat nümayəndələri məktubu yaydılar. Bəlkə də “Xəzər Lənkəran” rəhbərliyi bilmir ki, məktub mənim vasitəmlə yayılıb”.
Daha sonra Şəhriyar Məmmədli Elikonun ailəsiylə mütəmadi olaraq əlaqə saxladığını bildirdi. Lakin “Xəzər Lənkəran”ın heç bir vədinə əməl etmədiyini də qeyd etdi:
“Elikonun özü ilə üz-üzə də görüşmüşük, dəfələrlə telefon danışığımız da olub. Ailəsiylə də əlaqə saxlayıram. Amma “Xəzər Lənkəran” onun ailəsiylə maraqlanmayıb, verdiyi sözə əməl etməyib. Məktubda qeyd edildiyi kimi, verilən vədlərdən heç biri yerinə yetirilməyib”.
Aygün İlqarqızı
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO