İdman
İngiltərə Premyer Liqası: "Mançester Siti" "Everton"a qalib gəldi
Futbol üzrə İngiltərə Premyer Liqasında 21-ci turu çərçivəsində "Mançester Siti" öz meydanında "Everton"u qəbul edib.
Publika.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşma "Etihad Stadium" stadionunda baş tutub. Meydan sahibləri matçın 51-ci dəqiqəsində hesabda irəli çıxıblar. Braziliyalı Qabriel Jezus komandasının ilk qolunu vurub. Bu qoldan 6 dəqiqə sonda "Mançester Siti" yenidən azarkeşlərini sevindirib. Meydan sahiblərinin heyətində ikinci qolu da rəqibin qapısından Qabriel Jezus vurub.
"Mançester Siti" İngiltərə Premyer Liqasının turnir cədvəlində 41 xalla 3-cü yerdə qərarlaşıb. İyirmi beş xalı olan "Everton" yarış cədvəlində 10-cu yerdədir. "Everton" mövsümün gedişində baş məşqçini dəyişib. Mark Silva istefaya göndərilib və onu Karlo Ançelotti əvəzləyib.
Qeyd edək ki, turun start matçında "Brayton end Houv Albion" "Çelsi"ni qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb./Report
-
Rəsmi xronika16:46İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
-
Rəsmi xronika16:22Prezidentdən övladlığa götürülmə ilə bağlı fərman
-
Magazin115:36Aygün o sözü ilə üzünə deyib ki, səni saymır, tanımır...
-
Köşə14:00Baş deşən üzükdən vəcdə gətirən tarix dərsinədək - Mənim məktəbim
-
Cənubi Qafqaz13:54Paşinyan Azərbaycan əsgərinə görə Sanamyanı qovdu
-
Rəsmi xronika12:38İlham Əliyev Malayziyanın səfirini qəbul etdi
-
MDB12:12Ukraynada qadın hərbçilərlə bağlı şok rəqəm: 1500-dən çox müraciət
-
Rəsmi xronika12:02İlham Əliyev Avstriya səfirini qəbul etdi

















.jpg)







.jpg)












.jpg)
