İdman
"PSJ" prezidenti FİFA-ya 1 milyon avro ödədi - Şikayət geri götürüldü
"PSJ"-nin prezidenti Nasser Əl-Xəlafi FİFA-ya 1 milyon avro ödəyib.
Publika.az "The Times" nəşrinə istinadən xəbər verir ki, klub rəhbəri dünyanın ali futbol qurumunun onunla bağlı şikayətini geri götürməsi üçün bu addımı atıb.
FİFA Əl-Xəlafinin qurumun sabiq baş katibi Jerom Valkeyə rüşvət verməsi ilə bağlı İsveçrə Prokurorluğuna şikayət etmişdi. Ancaq PSJ prezidenti təşkilatla saziş bağlayıb və 1 milyon avro ödəyib. Bundan sonra FİFA şikayətini geri götürüb.
Məsələ burasındadır ki, İsveçrədə prokurorlar rüşvət hallarını yalnız şikayət olduqda araşdıra bilər. FİFA şikayətini geri götürən kimi prokurorluq istintaqı dayandırmağa məcbur olub.
Qeyd edək ki, eyni zamanda "BeIN Media Group"un sahibi olan Əl-Xəlafinin Jerom Valkeyə rüşvət verməkdə ittiham olunurdu. Sabiq baş katibin rüşvət qarşılığında 2013 - 2015-ci illərdə FİFA-dakı vəzifəsindən sui-istifadə edərək, 2018, 2022, 2026 və 2030-cü ildəki dünya çempionatının oyunlarının yayımlamaq hüququnu "BeIN Media Group"un əldə etməsinə köməklik göstərdiyi bildirilirdi. Valkenin bunun müqabilində 1,25 milyon avro rüşvət aldığı iddia olunurdu.
-
Nida Xəbər 15:10Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
-
Nida Xəbər 14:54Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirildi
-
Nida Təhlil 14:19Məhv edilən “şeytan yuvası”nda Zəfər Muzeyi – “Bakıda çay içmək” arzuları reallaşdı
-
Ekologiya12:51Leysan yağacaq, şimşək çaxacaq - Sabahın hava proqnozu
-
Nida Xəbər 12:32Azərbaycan Prezidenti: Ermənistanın etirafına görə, onların ordusunda 12 minə yaxın fərari oldu
-
Nida Xəbər 12:26Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - Video(Yeniləndi)
-
Nida Xəbər 12:23Prezident: Biz qurub-yaradan xalqıq!
-
Səhiyyə11:27Vətən müharibəsi iştirakçılarına 879 min 232 ambulator xidmət göstərilib


































.jpg)

