İdman
“Qarabağ”ın mümkün rəqibi bilindi – II mərhələdə
Azərbaycan çempionu “Qarabağ”ın avrokuboklardakı növbəti mümkün rəqibi müəyyənləşib.
Publika.az xəbər verir ki, bu, Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatmasından sonra bəlli olub.
İsveçrənin Nyon şəhərindəki tədbirdə Ağdam klubunun Şimali Makedoniyanın “Sileks” klubu ilə I təsnifat mərhələsində təşkil etdiyi cütün qalibinin rəqibi bilinib. Qurban Qurbanovun yetirmələri ilk raundu keçsə, “Şerif” (Moldova) - "Fola" (Lüksemburq) cütünün güclüsü ilə qarşılaşacaq.
Bu matç avqustun 25-26-da keçiriləcək. “Qarabağ” – “Sileks” cütünün qalibi bu oyuna evdə çıxacaq.
Qeyd edək ki, Bakıda baş tutacaq “Qarabağ” – “Sileks” oyunu avqustun 18-i və ya 19-da keçiriləcək.
-
Qoroskop00:15Günün ulduz falı - Estetik zövq axtarışında olacaqsınız
-
Nəqliyyat00:00Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq - Video
-
İdman28 Noyabr 22:48Valdas Dambrauskas: “Qız Qalasının yanında stadion tikməliyik?”
-
Region28 Noyabr 22:00Gözəlliyi ilə gündəm olan Gülümün həyat hekayəsi üzə çıxdı - FOTO
-
Sosial28 Noyabr 21:36Bakıda stilist doğuşdan sonra vəfat etdi - VİDEO
-
Magazin228 Noyabr 20:24Fədayə Laçın Azərbaycana qayıdır
-
Pul28 Noyabr 19:36İlon Maskın sərvəti kəskin artdı
-
Sosial28 Noyabr 19:00Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü - Anası 3 nəfərdən şikayətçidir











.jpg)







.jpg)






.jpg)








