Türkiyə 2050-ci ilədək 12 nüvə reaktoru tikməyi planlaşdırır
Bizi izləyin

Region

Türkiyə 2050-ci ilədək 12 nüvə reaktoru tikməyi planlaşdırır

Türkiyə 2050-ci ilədək 12 nüvə reaktoru tikməyi planlaşdırır

Türkiyə 2050-ci ilə qədər Akkuyu, Sinop və Trakyada ən azı 12 nüvə reaktoru tikməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İstanbulda keçirilən "Əsrin Gəncliyi: Enerji" proqramında bildirib.

Nazirin sözlərinə görə, dünya ən böyük enerji böhranlarından biri ilə üzləşsə də, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında heç bir ciddi enerji təchizatı problemi ilə qarşılaşmayıb.

“Milli Enerji 2040” strategiyasının əsas prioritetlərindən danışan Bayraktar bərpa olunan enerji tutumunun əhəmiyyətli dərəcədə artırılacağını vurğuladı.

Nazir nüvə enerjisinin inkişaf etdirilməsinin Türkiyə üçün 70 illik bir ambisiya olduğunu xatırladaraq, hazırda Akkuyu Atom Elektrik Stansiyasında (AES) dörd reaktor blokunun tikintisinin davam etdiyini qeyd etdi.

Onun sözlərinə görə, Türkiyə Akkuyu AES-dən əlavə, Sinop və Trakyada nüvə elektrik stansiyaları tikməyi planlaşdırır. Bundan əlavə, ölkə kiçik modul reaktor (SMR) texnologiyalarını inkişaf etdirmək və bu sahədə yerli istehsal imkanlarını yaratmaq niyyətindədir.

Bayraktar nüvə enerjisinin gələcəkdə Türkiyənin enerji balansının ayrılmaz hissəsinə çevriləcəyini vurğuladı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm