İdman
FİDE yeni reytinqi açıqladı
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.
Publika.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb.
Şəhriyar Məmmədyarov 8-ci pillədə qalmağı bacarıb. Onun aktivində 2 770 xal var.
2 765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdə qalıb.
Nicat Abbasov 2 668 xalla bir pillə irəliləyərək, 70-ci sıraya yüksəlib. Qədir Hüseynov isə 2 665 xalla 74-cü sıradakı yerini qoruyub. Rauf Məmmədovla (2 654) Arkadi Naydiçin (2 649) mövqeyində də dəyişiklik olmayıb. Onlar müvafiq olaraq, 92 və 100-cü pillələrdə qərarlaşıblar olub.
Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2 862 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2 823 xalla 2-ci, çinli Dinq Liren 2 791 xalla 3-cüdür.
Qadınlardan 2 443 xalı olan Günay Məmmədzadə 31-ci sırada qalıb. 2 382 xala malik Gülnar Məmmədova 2 pillə irəliləyərək 79-cu pilləyə yüksəlib. 2 376 xalı olan Xanım Balacayeva isə 90-cı sıradakı mövqeyini qoruyub.
-
Magazin100:45Natiq Şirinov yeni doğulan nəvəsi ilə - Video
-
Qoroskop00:15Günün ulduz falı - Estetik zövq axtarışında olacaqsınız
-
Nəqliyyat00:00Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq - Video
-
İdman28 Noyabr 22:48Valdas Dambrauskas: “Qız Qalasının yanında stadion tikməliyik?”
-
Region28 Noyabr 22:00Gözəlliyi ilə gündəm olan Gülümün həyat hekayəsi üzə çıxdı - FOTO
-
Sosial28 Noyabr 21:36Bakıda stilist doğuşdan sonra vəfat etdi - VİDEO
-
Magazin228 Noyabr 20:24Fədayə Laçın Azərbaycana qayıdır
-
Pul28 Noyabr 19:36İlon Maskın sərvəti kəskin artdı












.jpg)












.jpg)









