İdman
Vüqar Həşimov Şahmat Akademiyası rəsmi təsdiqləndi
Dünyanın tanınmış qrossmeysterlərindən biri olan mərhum şahmatçımız Vüqar Həşimovun adını daşıyan Vüqar Həşimov Şahmat Akademiyası Beynəlxalq Şahmat Federasiyasında (FIDE) rəsmi olaraq təsdiqlənib.
Akademiyanın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, FIDE tərəfindən təsdiqlənən ABŞ, Rusiya, Almaniya, Sinqapur, Fransa, Malayziya, Qazaxıstan, Belarusiya kimi ölkələrin şahmat akademiyaları siyahısına Azərbaycandan Vüqar Həşimov Şahmat Akademiyası da qoşulub.
“Ümid edirik ki, FIDE siyahısında dünyanın ən güclü şahmatçıları sırasında yer almış qrossmeyster Vüqar Həşimovun adını daşıyan akademiya da öz bayrağını beynəlxalq turnirlərdə, dünya və Avropa çempionatlarında yüksəkliklərdə layiqincə dalğalandıracaq”, - deyə akademiyadan bildirilib.
-
Hadisə21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO















.jpg)



















