İdman
Şəhriyar Məmmədyarov Aronyanla heç-heçə etdi
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirinin qrup mərhələsinin son turları keçirilir.
Publika.az xəbər verir ki, 13-cü turda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Ermənistan təmsilçisi Levon Aronyanla heç-heçə edib. Ş.Məmmədyarov son iki oyununu Norveç təmsilçiləri Yoxan-Sebastyan Kristyensen və Maqnus Karlsenə qarşı keçirəcək.
Qeyd edək ki, 16 şahmatçının mübarizəyə qatıldığı və mayın 2-dək davam edəcək turnirdə qrup mərhələsinin oyunlarından sonra ilk səkkiz yeri tutmuş şahmatçı dörddəbir final mərhələsinə vəsiqə qazanacaq.
“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.
-
Dünya18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO




































