İdman
İki qızı olimpiya çempionu olan ANA DANIŞDI: Bir az şuluq idilər, 10-11 yaşlarında...
Xəbər verdiyimiz kimi, para-cüdoçularımız Dürsədəf Kərimova və Xanım Hüseynova “Tokio 2020 XVI Yay Paralimpiya Oyunları”nda bütün rəqiblərinə qalib gələrək paralimpiya çempionu olub.
Publika.az xəbər verir ki, ADPU-nun dosenti Zülfiyyə Kərimova qızlarının qələbəsini sevinc göz yaşları ilə izlədiyini deyib:
“Qızlarım Avropa və İslam oyunlarının çempionu olublar. Getməzdən əvvəl Bakıda keçirilən qran-pridə qızlarımdan biri qızıl medal qazandı. Onlardan gözəl xəbərlər əlbəttə ki, gözləyirdim. Amma bu qələbə başqa bir sevincdir... Xüsusilə ana üçün iki övladının da çempion olması ikiqat fərəh deməkdir. Elə bildim ki, yuxudayam. Bütün analar belə gözəl duyğular dadmağı arzu edirəm”.
ADPU-nin müəllimi Zülfiyyə Kərimova etiraf edib ki, qızlarının ikisi də dəcəl uşaq olub:
“Uşaqlıqda bir az şuluq idilər. Ona görə atası qərar verdi ki, onları idmana yazdıraq. 10-11 yaşlarında Neftçi idman klubuna getdilər. İdman institunu bitiriblər, ikisi də hazırda Fövqəladə Hallar Nazirliyinin işçisidir”.
Aytən Məftun
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR












.jpg)

.jpg)



.jpg)




















