İdman
Azərbaycan Tokio Paralimpiadasında 13-cü qızıl medalını qazandı
Azərbaycan “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında 13-cü qızıl medalını qazanıb.
Publika.az xəbər verir ki, 400 metr məsafəyə qaçış yarışlarında Lamiyə Vəliyeva bütün rəqiblərini qabaqlamağı bacarıb. Məsafəni 55 saniyəyə qət edən təmsilçimiz, həmçinin Paralimpiya rekordu müəyyənləşdirib.
Digər idmançımız Yuliya Yanovskaya isə yarışı beşinci pillədə tamamlayıb.
Daha əvvəl L.Vəliyeva 100 metr məsafəyə qaçış yarışında gümüş medala sahib olmuşdu.
Azərbaycan komandasının hesabında 18 medal var. Bunlardan 13-ü qızıl, 1-i gümüş və 4-ü isə bürünc medaldır.
Millimizin heyətində paracüdoçular Şəhanə Hacıyeva (48 kiloqram), Sevda Vəliyeva (52 kiloqram), Xanım Hüseynova (63 kiloqram), Vüqar Şirinli (60 kiloqram), Hüseyn Rəhimli (81 kiloqram), Dürsədəf Kərimova (+70 kiloqram) qızıl, Namiq Abaslı (66 kiloqram) və İlham Zəkiyev (+100 kiloqram) bürünc medala sahib olublar.
Yüz metr məsafəyə arxası üstə, sərbəst və batterfly üsulla üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Digər üzgüçümüz Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında birinci yeri tutub. Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışını ikinci pillədə başa vurub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
















.webp)





















